Главная » Günahsız günahkar. Roman. Hissə – 3 читать онлайн | страница 1

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 3 онлайн

1 страница из 118

Günahsız günahkar

Roman. Hissə – 3


Fatma Axmed kızı Nabieva

© Fatma Axmed kızı Nabieva, 2021


ISBN 978-5-0055-1734-0 (т. 3)

ISBN 978-5-0055-1727-2

Создано в интеллектуальной издательской системе Ridero


Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.

Fatma Nabieva

Aylını dəmir barmaqlıqlara salmışdılar, ancaq orda tək deyildi, bir qadında vardı. Dayanmadan qapıda dayanan polisi acılayırdı, – qapıçıya: eyy yaraşıqlı, su gətir su istəyirəm. Qapıda dayanan məhəl qoymurdu qadına. Verməsən vermə insafsızlar, Allahın suyunuda əsirgiyillər, polisə tərəf tüpürüb geri gəlib əyləşdi. Qollarını bir – birinə keçirib Aylına baxdı, fit çalaraq səslədi – Aylına: sən nədən burdasan? Aylın divara söykənib dayanmışdı qadına baxdı. Aylın – qadına: dışarda canım sıxıldı gəldim biraz dinlənim burda, qadın Aylının sözünə yüksəkdən güldü. Qadın – Aylına: canım səninlə burda adam darıxmaz desənə. Mən çalışdığım yerdə birinin başına şüşəni vurdum leş düşdü alçaq. O ölsə cəzam uzun olacaq, səninlə bir yerdə cəzamızı cəkərik nə deyirsən? Aylın dərindən nəfəs alıb baxdı qadına. Görünür həyat o yazığında üzünə gülməmişdi. Aylın – qadına: inşallah bir şey olmamışdır şərəfsizə, cəzan yüngül olar ödəyərsən xəstəxana pulunu çıxarsan. Qadın güldü – Aylına: ey canım məndə pul hardandır? özümü zorla dolayıram, son dəfə dünən yedim yemək. Görürsəndə həyat belə … … dir, kimi aç, kimiləri isə tox, bizimdə küçə itinin qədər nə hörmətimiz var, nədə yeməyimiz. Aylın artıq bir söz demədi, çox üzüldü qadının belə olmasına.

Правообладателям