Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
1 страница из 81
Günahsız günahkar
Roman. Hissə – 1
Fatma Axmed kızı Nabieva
© Fatma Axmed kızı Nabieva, 2021
ISBN 978-5-0055-1728-9 (т. 1)
ISBN 978-5-0055-1727-2
Создано в интеллектуальной издательской системе Ridero
Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.
Fatma Nabieva
Aylın əlindəki gül dəstəsini nənəsinin məzarı üstə qoydu. Gözlərinin yaşını silib məzara baxıb öz – özünə: anamın – atamın yoxluğundan sonra həyatda tutunacaq tək dayağım sən qalmışdın, səndə məni tərk etdin biçarə qoydunuz, haqsızlıq etdiniz mənə qarşı. Ata – anasının məzarlarina yaxınlaşıb baş daşlarına əlini çəkib gözləri yaşlı baxaraq – olara: sizinçün çox darıxıram, mən sizsiz yaşaya bilmərəm belə tək – tənha, yanınıza gələçəyim o günümü səbirsizliklə gözləyəcəm. Dayısı dərindən nəfəs alaraq – Aylına: qızım belə demə sən tək deyilsən, səninlə biz varıq. «Aylın bilirdi dayısi arvadının pis xasiyyətli olduğunu, anasi dəfələrlə danışmışdı özlərini sevmədiyini və, köbut davrandığını deyərdi hər zaman». O səbəbdən heç buralardan dayısıyla getmək istəmirdi. Anasının məzarına baxaraq – dayısına: anamın – atamın üstünə yük maşınını sürən o şərəfsizi hələdə tapa bilməmişlər polislər. Mənim əlimdən valideyinlərimi alanı tutuqlayaraq haq cəzasına çatdığını görmədən, necə gedim buralardan? sizin məzarlarınızı hər gün ziyarət edərək buranı ikinci evimiz kimi sevməyə başadım mən. Bir vijdansız səbəb olaraq əlimdən sevdiklərimi aldı apardı qara torpağa. Mənim ürəyim rahat olmaz o alçaqı tapmayinca. Dayisi çarəsiz baxışlarla baxaraq, yazıği gəlirdi Aylın elə dedikcə çox üzülürdü, arvadınında xasyətıni yaxşı bilirdi. Bunuda yaxşı bilirdi ki, Aylını burdan aparmağıyla qıza orda xoş günlər yaşatmayacaqdı. Ancaq başqa çarəsi yox idi, qızı burda tək qoyub gedə bilməzdi. Evdən çıxdığında Aylının ardınca getdiyini bildiyində arvadı gətirməsinə mane olmağa çalışamışdı, hətta təhtid edərək davalaşmışdı gətirməsin deyə. Dayısı – Aylına: qızım bir gün haq yerini tapacaq inan mənə, o qaçan qatil cəzasını çəkəcək mütləq, indi isə gedək uçağımıza az vaxt qalıb. Yaxınlaşıb Aylinin qolundan tutdu, son dəfə ürək acısıyla məzarlara nəzər salıb – Aylına: üzmə oların ruhlarını gedək mənimlə. Aylin çarəsiz dayısıyla gedərkən, dönüb arxaya baxırdı gözləri yaşlı. Dayısınında ürəyini göynədirdi qızın bu halına. Aylını ordan uzaqlaşdırmaqçün məcbur qolundan tutub yanınca aparırdı arxaya baxmadan. Gəlib maşına əyləşdilər, dayısı – şoferə: vaxdımız azdır uçaqa çatmalıyıq, şofer maşını işə salaraq güzgüdən baxıb – dayısına: narahat olmayın mən sizi çatdıracam vaxdında hava limanına, qaza basdı. Maşın uzaqlaşdıqca Aylın həyəcanlanırdı, dayısıyla başqa şəhərə getmək istəmirdi. Sanki anası gillərdən zorla alıb qoparırdılar yazığı, gözlərindən süzülən yaş üzünə damcılayırdı.