Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
3 страница из 81
Gəlib çatdılar evin qarşısında Kamil maşını saxladı, dayısı maşından enib qapını örtdü. Aylın fikirli olduğundan çatdıqlarını hiss etməmişdi, Kamil zarafatla – Aylına: çatdıq qəşəng qız. Əgər dayın evinə getmək istəmirsənsə gedək bizə qonağım ol. Aylın çatdıqlarını görüb, cavab vermədən tez maşının qapısını açıb endi. Kamil gülümsəyərək, sükan arxasından enib gəlib baqajı açib çantaları götürdü. Dayısı – Aylına: sən əvəllər heç gəlmədin bizə qısmət olmadı, gəl qızım xoş gəldin öz evindir bundan sonra burası, mehribanlıqla Aylının qolundan tutub apardı evə tərəf. Kamildə çantaları götürüb evə tərəf getdi ardlarınca. Qapını həyətdə qulluq göstərən yaşlı bir kişi açdi, xoş gəldiniz Həsən bəy. Həsən – kişiyə: çox sağol Məlik xoş günün olsun, Məlik baxdı mehribanlıqla – Aylına: xoş gəldin qızım. Aylın kişini birinci idi görürdü, Məlik nədən isə kövrəlmişdi Aylını gördüyündə. Aylın – Məliyə: çox sağolun xoş gününüz olsun sizində, Kamildə əlində çantalarla arxada dayanmışdı. Dayısı səslədi, – Aylına: gəl qızım orda niyə dayanmısınız? Məlik – Aylına: buyur qızım keçin içəri. Aylın çəkinə – çəkinə həyətə keçib getdi, ardıncada Kamil gəlirdi. Məliyin üzünün ifadəsəndən artıq anlamışdı evdə xoş şeylər gözləmirdi qızı, öndən gedən Aylının necə çəkindiyini görürdü, yazıgı gəlirdi.