Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
4 страница из 81
Sənubər içəridə idi hazır dayanmışdı sancmağa. Aylını görüb tərs – tərs süzdü başdan ayağa kimi, ən azından Aylın bilirdi başına gələsiləri və, artıq peşmanda olsa geri dönüş yox idi. Qarşısında dayanmış zəhər yağan sifətiylə özünə baxan – Sənubərə: salam Sənubər xala. Arvad zorla cavab verdi, – Aylına: salam, sənə xoş gəldin deməyəcəm. Arxadan gələn Kamil arvadın dediklərini eşitdi pərt oldu, şaşqın halda əlində tutmuş çantalarla – arvada: Sənubər xala hara qoyum çantaları? Sənubər – Kamilə: qoy bura oğlum. Niyə sən daşıyıb zəhmət çəkirsən? qız balaca uşaq deyil ki, özü daşıya bilməsin çantalarını. Maşallah böyük qızdır özü aparar lazım olan yerinə, Kamil çantaları yerə qoydu. Gələn kimi arvadın qızı kobutlamasından heç xoşlanmadı, kefi pozuldu. Sənubər Aylını göstərib – Kamilə: indi sən de oğlum mənə, bax valideyinlər öz evladına zor tərbiyə verirlər bu zamanda, dinləmirlər böyüklərinin sözünə qulaq asmirlar. Mənim sözümümü dinləyəcək bu qız bura gəlib? dayısı eşitmədi məni, gedib başıma bəla gətirdi. Aylın səssizcə baxa qalmışdı, anası haqliymış bunun üzünü kimsə görməsin deyərdi həmişə sağlığında. Allah bilir yazıq anasınada nə haqsız sozlər demişdi bura qonaq gəldiklərində. Aylın – Sənubərə: bağışlayın xala, dayım sizi dinləmədiyi kimi mənədə qulaq asmadı zorla gətirdi məni bura. İnanın ki gəlib sizi narahat etmək istəməzdim, çox üzgünəm – peşmanam gəldiyimə. Sənubəri elə bil ilan vurdu, – Kamilə: bax indidən qabağıma söz qaytarir, gördünmü oglum? haqlı olduğum sübut olundumu? al sənə Həsən bravo, bu vaxtdı paltarını dəyişib dayısı gəldi. Aylının ayaq üstə arvadıyla üz -üzə dayndığını görüb – Aylına: sən hələ burdasanmı qızım? keç yuxarı otagına üstünü dəyiş yol yorğunuyuq. Cantalarını qaldırmağa Kamil yardım etsin, otağına çantalarını qoy gəl bura gözləyirəm. Aylın – dayısına: xalamla salamlaşırdıq dayı, arxada dayanmış – Kamilə: çantalarımı mən apararam otağıma zəhmət çəkmə, çox sağol bura qədər əziyyət verdik sənə. Kamil – Aylina: nə zəhmətidir? mən apararam sən buyur keç. Aylin bilmirdi ki hansı otaqdı ona ayrılan və, hara getməli idi? birinCi dəfə idi bu evdə olduğu. Sənubər – Kamilə: oğlum onun otağı Ramizin otağının yanındakıdır, sənə bir daha zəhmət olsada apar göstər xanıma hazırlatmışam otağını. Kamıl – Aylına: bu tərəfə buyurun, qarşıdan özü getdi ki ardınca Aylın gəlsin, evi tanımadan çəkindiyi üzündən bəlli idi. Kamil Ramizin yanına gəlib – gedirdi, tanıyırdı hansı otağı işarə edirdi arvad. Aylında kefsiz – yorğun – biçarə ardınca getdi Kamilin.