Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 6

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

6 страница из 81

Sənubər Aylının ardınca deyinə – deyinə gəldi, – Kimilə: oğlum mən indi sənə qəşəng bir çay hazırlayım getmə. Kamil kefsiz idi Aylını belə sifətlə qarşılamasından, – arvada: Sənubər xala mən gedim işə çatmalıyam, başqa vaxt içərik. Həsən gəldi, – Kamilə: işinmi var oğlum? – dayısına: yeni iş üzərində çalışmalıyam, atam məni gözləyir getməliyəm. Həsən – Kamilə: o zaman söz ver ki başqa günü gələcəksən vaxt tapıb, səninlə oturub yaxından tanış olarıq, danışdıqmı? görnüşündən hiss olunur mədəni ailədə böyümüsən. Mən xoşlayıram sənin kimi hörmət sevən uşaqları. Kamil yaxınlaşıb əl tutub sağollaşdı, – dayısına: söz verirəm sizində evdə olduğunuz bir günü gələrəm oturarıq Həsən dayı, mənədə cox xoş oldu sizinlə tanışmağım. Kamil – arvada: sağolun Sənubər xala getdi, arvad Kamilin ardınca baxıb öz – özünə: bax əvvəlindən tərbiyə almış uşaq bilinir. Əri – arvadına: nə demək istəyirsən? oğlunun tərbiyəsi ilə məşğul olan sənsən, mən deyiləm. Əlbətddə indi başqalarının uşaqlarına baxıb həsrət aparacaqsan, oğlun demişgən oğlun hardadır? kecib divanda əyləşdi baxdı arvadına sual dolu baxışla. Sən bilməmiş olmassan harda olduğunu, elə deyilmi? – ərinə: evində otursaydın – maraqlansaydın, bilərdin hardadir oğlun. Sən gedib başqalarının dərdini çək öz evladını unudub, sonrada məndən soruş hardadır deyə. Əri əsəbəşdi – arvadına: bəsdir dedim sənə yum ağzını, oğlanın yanında demədim, indi isə qulaqlarını aç məni yaxşı dinlə. O qız bundan sonra bu evin evladıdır, axlına sox bunu birdəfəlik təkrarlamağa məcbur qoyma məni. Sən qəbul etsəndə – etməsəndə, o qız burda qalacaq anladınmı? anladın məncədə. Çatan kimi sənin qıza etdiyin dır – dırını duymadım sanma, o ağzına yiyəlik etdə, bir daha qulaqlarım duymasın acı sözlərini. Oğlunlada axşam eve gəldiyimdə çox ciddi danışacam. Bundan sonra qaçış yoxdur nə sənə – nədə oğluna, anladınmı? sən boş buraxıb qudurtmusan onu bu qədər. Sən pozursan onun tərbiyəsini uşaqdır toxunma deyərək, o arada zəng gədi ev telefonuna. Arvad tez gedib telefona cavab verdi, alo salam Rəşid sənsənmi? biraz qulaq asıb, bəli gəlib evədədir, tamam çatdıraram sağol. Əsəblə telefonu yerinə qoyub gəldi ərinin qarşısında dayandı, Rəşid səni soruşdu iş yerində önəmli imzalanası dokumentlər var dedi. Neçə günlərdi evdən cıxdığın iş yerindən səni axtarırlar – soruşurlar, sən məndən oğlunu soruşunca işinlə evində oturub maraqlanardın. Əri ayağa qalxdı, əsəblə – arvadına: sənin dilindən zəhər yağır zəhər. Biraz o dilinə sahib çıxsan yaxşı olar mərəfətsiz, əsəblə getdi Aylının otağına.

Правообладателям