Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 16

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

16 страница из 81

Məlik gəldi, arvad pıçıltıli səslə əsəbləşdi – Məliyə: demədimmi sənə yanında qal? Məlik yavaş səslə – arvada: xanım Ramiz sərin su istəyir, aparım yanındayam narahat olmayın. Arvad əlini yelləyib get apar tez deyə işarə etdi. Məlik – Aylına: sənədə çay süzümü qızım? arvad kişiyə acıqlandı dişlərini bir – birinə sıxaraq, nə münasibətlə? mən sənə deyirəm işə öyrət bunu, sən başıma çıxarmağa çalışırsan? get rədd ol su apar oğluma gözüm görməsin səni. Kişi başını aşağı salaraq küskün üzlə getdi mətbəxtdə. Aylın dayısının xətrinə dilini – dişinə sıxıb zorla dayanırdı arvadın həyasızlığına. Bu vaxdı yuxardan dayısı gəldi köynəyinin qol düymələrini bağlaya – bağlaya, – Aylına: de qızım mənə sıxılmırsan ki burda? Aylın arvada o qədər əsəbi idi ki, özünü zor tuturdu. Yox dayı sağolsun xalam darıxmağa qoymur kimsəni çox hörmətcildir, böyüklə – böyük kimi, kiçiklə – kiçik kimi rəftar edir. Məlikdə əlində su bakali ilə gəldi, Həsəni gorüb pərt oldu. Əlində su ilə yuxarı çıxsaydı o dəqiqə biləcəkdi Ramizin içib gəldiyini. Aylın kişinin əlindən suyu götürüb təşəkkür etdi, sizə zəhmət verdim Məlik dayı ayıb oldu mənə, sudan istəməsədə bir qurtum içdi. Dayısı baxıb – olara: nə gözəl, şad oldum qızım artıq bir – birinizə alışmışsınız, həmişə belə mehriban olun. Dayısı – Aylına: bizim xanımın dəvətləri heç bitməz qızım. Getməyə məcburuqmuş, çünki başqalarının yanında özümüzü göstərməsək ayıb olarmış, bağışla qızım sənə vaxt ayıra bilmədim bu gün. Aylın arvada acıga dayısına mehribanlıqla, siz gedin dayı narahat olma mənə görə. Biz Məlik dayıyıa qəşəng çay hazırlayıb, söhbət edə – edə oturaraq gözəl vaxt keçirəcəyik. Avadı elə bil ilan sancdı, ancaq ərinin yanında daha söz deməyə çəkindi ki, birdən Aylın deyər oğlunun içdiyini. Arvad – ərinə: gedək boş – boş danışıb vaxt itirməyək, – arvadına: boş – boş danışan sənsən. Danışığına fikir ver demişəm sənə yüz dəfə, deyibdə sənə nə xeyri var ki? dərindən nəfəs alıb yaxınlaşıb, Aylının alnından öpdü. Hələlik qızım axşam görüşərik, sizədə gözəl söhbətlər. Məlik qızıma qulluq et darıxmasın, yanında ol tamammı? – Həsənə: baş üstə Həsən bəy sən narahat olma.

Правообладателям