Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
21 страница из 81
Qapı döyüldü yavaşdan, Aylın yastığını qucaqlayıb yatmışdı anası gilin rəsiminə baxan yerində. Qapının döyülən səsinə oyandı, tez ayağa qalxıb gəlib qapını acdı. Ramizi görüb əlini üzünə çəkib gözlərini ovub baxdı. Zarafala – Ramizə: oyandınmı Ramiz bəy? bağışla səni qorxuzduğuma görə üzür istəyirəm. Bilmədim mələklər filan gözünüzə görsənirmiş içdiyinizdə, istəmədən qorxutdum səni. Ramiz başını qaşıyaraq Aylına baxdı, heç belə qorxmamışdım ömrümdə, yaxşı olmadı belə tanışmamız utandım düzü sizdən məndə. Düzü mən gəlməliydim sizi qarşılamağa, alınmadı. Atamdan öncə məni qorxuzaraq yaxşıca cəzalandırdın gülümsədi, qarşınıza gəlsəydim tanıyardım belə olmazdı əlbətddə. Necə demişlər? yerində və haq oldu mənə, bagışlayın dost – tanışla başım qarışıb, dostum Kamildən xayiş etmişəmmiş sizi qarşılamağı. Aylına əlini uzatdı gülümsəyərək, xoş gəldin səni görməyimə şadam bibimin qızı. Aylında Ramizin əlini sıxıb, məndə şadam səni görməyimə Ramiz bəy, dayım oğlunu görməyə bu günə qismətmiş. Ramiz – Aylına: Ramiz bəy nədir? Ramiz de yad deyilik biz səninlə. Dəridnən nəfəs alıb – Aylına: başın sagolsun olanlara görə çox üzüldüm. Mehribanlıqla Aylının boynunu quçaqladı, bağışla əslində gəlməliydim yanında olmalıydım, ancaq nə edim mən beləyəm gördüyün kimi, içki düşgünü və avara. Atam danlasada düzəlmirəm, Aylında Ramizin boynunu quçaqlayaraq kövrəldi, – Ramizə: səndən incimirəm eybi yox üzür istəmə, gəlsəndə geri qaytara bilməyəcəkdin öldüklərimi. Ramizin boynundan buraxıb üzgün baxışlarla baxdı. Mən sizə yuk olmaq istəməzdim, əslində bura gəlmək fikrim yox idi dayım zor etdi, əl çəkmədi gəlməlisən sənsiz getmərəm deyib tutdurdu. Ramiz üzünə baxaraq – Aylına: bir dəqiqə mənə bax, səni burda üzən xətrinə dəyənmi oldu? de mənə düzünü çəkinmə. Aylının yaşlı gözlərini mehribanlıqla əliylə silərək, bilirəm anamın agzı dinc durmaz sancmış yəqin səni, o atamlada düzgün yola gemir evdə. Bax burda mən varam, bir daha eşitməyim bizə yük filan olursan sözlərini, danışdıqmı? Aylın gözlırinin yaşını silib – Ramizə: yox anan heçnə deməyib narahat olma. Sadəcə olaraq mən narahat hiss edirəm özümü burda, evdən heç uzaqlaşmadım bu günə qədər. Ramiz Aylının könlünü almaqçün otaga baxıb, yəqin hər şeyini yerləşdirmisən, sözü agzında yarımçıq qaldı bir anlıq. Eyni Kamilin kimi şoka düşdü, gördüyündə otaqda çarpayıdan başqa heçnə yox idi. Ramiz otağa girdi nəzər salıb əsəblə baxdı. Aylin istəmirdi Ramiz otağı görsün söz – söhbət olsun, Ramiz otağa baxıb üzünün ifadəsi dəyişdi. Dərindən nəfəs alıb öz – özünə: haqlısan belə mərəfətlə qarşılansam məndə heç istımızdim burda qalmağa. Aylının canını dərt bürüdü – Ramizə: Allahını sevirsənsə bax heç kimə bir şey deməyəcəksən söz ver. Ramiz dönüb baxdi, – Aylına: orasını unut, mən kimsəyə tuta bilməyəcəyim sözü vermirəm bu həyatda. Aylının kefinin qalanıda getdi Ramiz belə dediyində, – Aylına: gedək aşağı mənimlə biraz söbet edək. Burda havam çatmır boğulmağa başlayıram, Aylin getmək istəmədi çəkindi ki, anası gələr yenə acılayar özünü. Ramizin eyni dayısı kimi hörmətçil olduğunu anlamışdı, bilirdi yanında tərs bir söz desə anasını acılayacaqdı. Ramiz gərçəkdən oxşamırdı anasına xasiyyətindən, haqsızlığı qəbul etmədiyi otağa girdiyində gördüklərini necə qarşıladığından bilindi. Ramiz hiss etmişdi Aylının anasından çəkindiyini. Aylının qolundan tutaraq, gəl gedək çəkinmə söhbət edək yaxından tanış olaq, dedim axı mən burdayam çəkinmə kimsədən. Aylın dərindən nəfəs alaraq – Ramizə: bir şərtlə, az vaxlığa tamammı? – Aylına: tamam az vaxlığa gedək. Aylınla otaqdan çıxarkən Ramiz əli ilə işarə edərək, xanım öndən buyursun. Aylin anladı nə dediyini otaqdan birinci çıxdı. Ramiz otaqdan çıxarkən, qapını əsəbindən bərk çirparaq örtdü. Aylın səsdən səksənsədə dönüb baxmadı, Ramizin üzünü nifrət dolu bir ifadə almışdı, ardınca addımladı.