Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 11

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

11 страница из 81

İkisidə aşağı gəldilər, arvadın qarşısına çatıb dayanıb gözlədilər nə deyəcəyini. Arvad əlindəki məktubla özünü yelləyərək, kobutca – Məliyə: bunu evdə görüləcək işlərlə tanış et. Həyətdə sənə kömək etsin nə iş görsən yanında olsun, indidən işə başını qatsın ki, sonra ipini çəkməyə rahat olsun. Aylın baxıb düşünürdü, “ bu qadın insan üzündə dünyaya gəlmiş şeytan idi sanki, özündən başqasını adam yerinə qoymurdu, mərhəmət yoxdu ürəyində». Bura istirahətə gəlmədiyini anlasın vaxtında, Məlik başını aşağı salaraq yavaş səslə – arvada: xanım bunu Həsən bəy görsə – duysa mənə acıqlanar. Arvad kişinin üstunə yüksək səslə bağırdı, sənə dediyimi et cəhənnəmə acıqlansın, anladınmı? sənə nə deyirəm qabağıma söz qaytarmadan yerinə yetir. Anlamıram yoxsa səndə məni öyrətməyəmi çalışırsan? kişi yavaş səslə – arvada: yox xanım əstəfrüllah. Arvad bağırdı kişinin üstünə, o zaman dediklərimi et cavab qaytarmadan. Aylın gördü ki arvad özünə görə yazıq kişini acılayır, böyük – kiçik qanmır mədəniyyət yoxdur, özünü zor tutdu arvada cavab qaytarmamaqçün. Aylın – kişiyə: Məlik dayi sən məni görüləcək işlərlə tanış et, mən sevirəm iş görməyi. Narahat olma dayım heç bir söz deməz sənə, birdə sənin kimi gözəl ürəkli insanın yanında çalışmağımla qürur duyaram. İnana vaxtımızda gözəl keçər, gedək tanış et işlərlə məni. Yazıq kişinin kövrəldiyini görüb mehribanlıqla qolundan tutdu, gedək Məlik dayı baxcanı göstər mənə. Kişi könülsüz halda – Aylına: buyur qızım. Aylın gedərkən arvada tərs – tərs baxaraq Məliklə getdi həyətə, oturduğu yerdən ardlarınca deyindi öz -özünə: yüksək səslə bağıraraq. Bunun dayısı istəməzmiş, acılayarmış, mən dayısınıda o gətirdiyinidə peşman etməssəm, adım Sənubər olmasın. Masanın üstə məktubu atıb əsəblə ayağa qalxıb bağırdı! – xadiməyə: hansı cəhənnəmdəsən otağıma qəhvə gətir, üzünü turşudub getdi ilan vurmuş kimi otağına.

Правообладателям