Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
2 страница из 129
Ramiz Aylının üzünü şillələyirdi ayılsın deyə. Sərdar gəlib – Ramizə: mənə bax, birazdan polislər gələcəklər bura. Nicatın silahı məndədir, sən heçnə görmədin, anladınmı?
Ramiz hələdə özündə deyildi. Şaşqın baxarq – Sərdara: kamera var yuxarda, bəs o? – Ramizə: onu mən həll edəcəm narhat olma, dediyimi et sən.
Nicatı polis şövbəsinə gətirib, dəmir barmaqlıqlara salmışdılar. Nicat etdiyi işə elə peşman olmuşdu ki, sözlə ifadəsi yox idi, üzündən bəlli idi üzüntüsü. Gözünün önündən getmirdi Aylının o halı, öz – özünə: mən nə etdim Allahım, bağışla məni canım bağışla. Gecdə olsa anlamışdı, Fazil alçağı öz əliylə Aylına arxadan zərbə vurdurmuşdu. Nacat əlləriylə başını tutub, divara söykənib dərindən nəfəs aldı. Peşman – peşman düşündü, düşündükcə üzündə nifrət dolu ifadə yaranırdı. Əsəbindən ikki əlinidə yumuruq sıxaraq divara vurdu, bağırdı!.
Aylın özünə gəldi, gözlərini açdığında yanında tək oturan Ramizi görüb həyəcanlandı. Sərdar hanı? qalxmağa istəyirdi Ramiz qoymadı, – Aylına: burdadır canım, yaxşıdır narahat olma. Sərdar gəldi əlində su bakalıyla. Aylın Sərdara nəzər yetirib, yaralanmadığını gördüb öz – özünə: çox şükür Alalhım. Sərdar gəlib yanında əyləşib – Aylına: qorxma bir şeyim yoxdur, yaxşıyam mən. Həkim dedi dinlənəcəksən, anladınmı?