Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
7 страница из 129
Sərdarla Aylın hələdə qapının önündə bir – birinə sarılıb qalmışdılar, gözləri yaşlı. Fələk bitməz – tükənməz oyunlarını oynayaraq, günahsızları yandırırdı. Gərçəkdən haqsız dünyada yaşayırıq. Sərdar Aylını qollarından buraxmaq istəmirdi, uzun müddət sevdiyinə həsrət qalmışdı, gəldiyindən birinciydi ki, Aylına belə sarıla bilirdi. Aylın bilirdi, Sərdar çox güclü – qeyrətli biri idi. Nicatın ona etdiyinə baxmayaraq, onu bağışlayaraq canını zindandan qurtarmışdı. Aylın düşündükcə Sərdara qarşı olan heç vaxtdı unutmadığı hörməti, sevgisi dahada artırdı. Sərdar Aylının saçlarını qoxlayaraq, həsrət qalmış qoxusunu doya – doya ciyərlərinə çəkirdi.
Beləcə səhər açılmağa az qalmışdı, hava işıqlanırdı. Aylın Sərdarın yanında yatıb qalmışdı. Sərdar səhərə kimi gözlərini yummadan, Aylını seyr etmişdi həsrətlə. Aylın gözlərini açıb baxdığında, baxışları özünə baxan Sərdarın baxışlarıyla, tuş gəldi. Aylın – Sərdara: yatmadınmı sən?
Sərdar gülümsəyərək, – Aylına: mən xəstə olduğumda hər səhər oyandığımda, başım üstdə səhərə qədər keşiyimi çəkən sənə bu sualı verərdim. Canım yatmadınmı sən? nə gözəl günlədi o günlərimiz. Aylın gözlərini ovaraq yerində oturub, – Sərdara: aha çox gözəldi, atəşin 40 – dan aşağı düşmürdü, az qala öləcəkdin gözümün önündə. Sərdar qolunu başının altda qoyub – Aylına: sənin qollarında ölmək gözəl olardı canım. Mən çoxdan sən gedəni daxilən ölmüşəm, mənim sağalmağıma sən səbəb olmuşdun o zaman. Mən səndən güc alaraq, xəstəliyə qalib gələ bilmişdim. Bir daha xəstələnərsəm, qurtuluş yoxdur mənə sənsiz, unutma. Aylın dərindən nəfəs alıb – Sərdara: mən nə qədər sağam səndə yaşayacaqsan, ən azından buna əminəm, qalx gedək mənimlə. Nicatın sənə deyəcəkləri vardır umarım. Sərdar istəmədi yerindən qalxmağa, – Aylına: gəlsənə keşiyimi çəkəsən 5 dəqiqə yatım.