Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 3

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

3 страница из 129

Aylın – Sərdara: mənim dinlənməyim Nicatı bu günə saldı, gördün nə oldu. Bir həftə etibar etdim söz verdim dinlənəcəm, düşdüyümüz hala bax. Aylın yerində oturdu, – Ramizə: Nicatı şövbədən çıxarmağım lazımdır mənim. Nicat orda qalarsa, Fazil tipi daha betər şeylər edə bilər. Nicatın həyatı təhlükədədir. Sərdar – Aylına: Nicatı birazdan buraxacaqlar, sən narahat olma mən həll etdim o işi, dedim dinlənəcəksən. Aylın Ramizə baxdı anlamadı, öz – özünə: birazdan buraxacaqlarmı? Sərdar heç kefini pozmadan, – Aylına: babanla danışdım o həll etmiş, buraxacaqlar. Əlbətdə bizi sözsüz dindirəcəklər. Babanla planımız budur, Nicatın etdiyi doğum günü zarafatıydı bu qədər, anladınmı? ortalıqda silah yox, sübut yox. Bunu sizdə təsdiq edəcəksiniz və bağlanacaq iş. Aylın – Sərdara: səni az qala vuracaqdı, nədən etdin bunu? Sərdar – Aylına: mən sualımın cavabını hələ səndən ala bilməmişəm bura gəldiyimdən. Sən düzgün cavab verdiyində, məndə sənə deyəcəyəm nədən etdiyimi, danışdıqmı?

Aylın – Sərdara: mənimlə polis cildində danışmana son qoysana sən. Sərdar əlindəki suyu uzadıb – Aylına: polislər bəzən formalarını dəyişsələrdə, xasiyyətlərini əsla dəyişməzlər. Sərdar Aylının, Tahirlə özünə etdiyi zarafatı xatırlatdı. Aylın kövrəldi, suyu almadan başı dönsədə, bir təhər ayağa qalxdı. Ramiz qolundan tutub yardım etmək istəyirdi, Aylın toxunma deyə işarə etdi, getdi vanna otağına. Qapını örtüb suyu açıb, səsini içinə salıb ağladı. Aylının nə üçün vanna otağına getdiyini Sərdar çox gözəl bilirdi, əlində su bakalı havada hələdə uzananılı qalmışdı. Çox pis təsir edirdi Aylının üzülməsi, ağlaması. Ayağa qalxıb – Ramizə: bir azdan Nicatı buraxacaqlar, sən get onu al şövbədən apar səninlə qalsın bu gexəlik. Ona göz – qulaq ol ki, bir dəlilik edib özünü yandırmasın təkrar. Mən sonra Aylını evinə çatdıracam.

Правообладателям