Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
5 страница из 129
Sərdar – Aylına: ikimizdə yaxşı bilirik ki, Nicat bunu qanaraq etmədi, onun içkisinə Fazil iti bir şeylər qatdırmış, o üzdən elə durumda idi. Sənin artıq tək başına gəzib – dolaşman qorxuludur, anlayırsanmı? Fazil itinin qurduğu oyun, artıq başladı deməkdir. Aylın – Sərdara: Fazil iti mənə toxunmayacaq narahat olma sən, o əksinə, mənim həyatda qalmağımçün əlindən gələni edib bu günümə kimi. Dediyim kimi çox az qaldı, mənim həyatım üstünə oynalınan oyunun, nöqtəsini qoymağa hazıram artıq. Aylın Sərdarın yanında keçib getmək istəyirdi, qolundan tutub gözlərinə baxaraq – Aylına: birlikdə qoyaq nöqtəsini, icazə ver yanında olum. Aylın qolunu tutmuş əlinə baxaraq – Sərdara: indiyə kimi düşünürdüm, mənə bir şey olarsa davamçım qalmayacaq məndən sonra bu həyatda. Artıq mən tək deyiləmmiş düşündüyüm kimi. Məndən xəbərsizdə olsa, bu həyatda doğma olan qardaşım, anam – atam var. Çox sevindim içim rahatdır, artıq ölümdən belə qorxmuram. Bəs sənin davamçın kim olacaq? Bağışla, mən səni artıq qaranlıq həyatıma ortaq edə bilmərəm. Sənin bundan sonra olanları unudub, gələcəyə baxaraq yaşaman və ailə qurman lazımdır. Ümid edirəm, inşallah sevdiyin mənim kimi etibarsız çıxmaz.