Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 68

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

68 страница из 81

Aylın qəhvələri gətirdi sinidə bir əlində tutaraq, Kamil tez qalxıb Aylının əlindən sinini götürüb masaya qoydu. Kamil – Aylına: əlin sağalınca dayansana, onuda yandırıb acıdaçaqsan. Aylın – Kamilə: insanlar var əlsiz – ayaqsız iş görürlər və həyatlarındanda razıdırlar. Mənim əlimə biraz çızıq düşdü deyə şişirtməyin sizdə, Kamil – Aylına: cızıqmı? qızım sən çızıqla kanalı səhv salmısan deyəsən, zarafatlaşdılar. Ramiz hiss edirdi dostu Aylına hədindən çox qayğı göztərirdi. Aylın – onlara: sizə nuş olsun getmək istəyirdi, Ramiz – Aylına: yemək yeməyəcəksənmi? – Ramizə: yox mən oruc tutmuşam yeməyəçəm, getdi. Ramiz – Kamilə: orucmu dedi? orucluq ayıdırmı? mən unutdum ayımı – günümü son vaxtlar. Kamil anlamışdı Aylının zarafatını, Ramizə baxıb gülümsədi, – Kamilə: deyilmi orucluq. Aylın mənimi incitdi? ay səni dayan çıxaram əvəzini gülümsədi, Kamil başını narazılıqla sirkələyib baxdı Ramizə.


Axşam olurdu xanımın qonaqları gəlmək üzərə idi hər şey hazır idı, gözəl masa hazırlatmışdı, üstündə hər cürə meyvələr – şirinyatlar düzülmüşdü. Aylın Məliyin yanına gəldi ki, gələn qonaqların yanlarında arvad bir dadsızlıq çıxarmasın özünü sancaraq. Məlik həyətdə bir otaqda yaşayırdı. Aylın qapını döyüb içəri girdi, Məlik yox idi otağında. Aylın otağa keçib masanın üstə qoyulmuş rəsimə baxdı. Üçünün birlikdə çəkdirdiyi rəsimi vardı ailəlikcə, Aylın rəsimi əlinə götürüb baxdı. Məliyin arvadınına – oğluna baxdı üzüldü, dərindən nəfəs alıb rəsimi geri yerinə qoyub, keçib əyləşdi divanda.

Правообладателям