Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
63 страница из 81
Kamil gecəni yata bilməmişdi, anası gəlib yanında oturdu, oğlunun saçlarını sığallayıb mehribanlıqla – oğluna: oglum səhər yeməyinə qalxmadın, yatmadınmı sən gecə? Kamil gözlərini açıb anasına baxı. Anası – Kamilə: oğlum xəstələnməmisən ki? bu qədər yatmazdın sən heç, hər səhər qaçardın idman edərdin, bu gün qalxmadında yerindən. Kamil anladı yatıb qaldığını – anasına: yox anacan narahat olma, xəstə deyiləm. Bu gecə gec yatdım oyana bilmədim, anası oğlunun saçlarını mehribanca sığallayaq, Aylına olanlarla əlaqəlidir bilirəm narahatsan bu aralar, ancaq bax Sənubəri lazımı yerinə otuzdurdu Ramiz. Çalış artıq üzülmə, tamammı oğlum? Kamil yerində oturub əlini üzünə çəkib baxdı, – anasına: Aylın böyük təhlükədədir ana, bilmirsən sən. Sənubəri mən yaxşı tanıdım qıza təhtid edərək dediklərindən, dinç durmayacaq o qisas almağa yeni çirkin planlar quracaq. Qurmuşdur bəlkədə kim bilir? anası üzüldü – oğluna: vah – vah yazıq qızdan nə istəyir axı bu qadın? bu qədər qəddarlıq yetimə edilməz Allah cəzasını verər qısa zamanda. Kamil fikirli, fikirli, – anasına: elələrinə çox təssüf ki heçnə olmur ana. Anası ayağa qalxdı, – Kamilə: sən qalx oğlum əl – üzünü yu gəl yeməyini ye, bu haqda Ramizi bura çağırıb söhbət edərik. Qızın biraz vaxlıq bizimlə qalmasına atasını razı salsın. Kamil anasına baxaraq, gözəl fikirdir ancaq atası razı olmaz bunu bilirəm, anası mehribanca – oğluna: sən qalx məsləhətləşərik birlikdə, otaqdan çıxdı. Kamilə biraz ümid yeri oldu anasının deyi bu sözdən sonra, ancaq bilirdi bu xəyal idi alınmazdı dedikləri kimi. Üstündən yorğanı atıb tez qalxdı yerindən, köynəyini geyinib otaqdan çıxdı köynəyinin düymələrini bağlaya – bağlaya.