Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
67 страница из 81
Kamildə gəldi Ramizlə əl verib görüşdü, – Aylına: salam sabahın xeyir, – Kamilə: salam sabahın xeyir olsun. Mən sizə qəhvə hazırlayım, getmək istəyirdi Kamil özündən bi ixtiyar qolundan tutub – Aylına: getmə sagol istəmirəm mən qəhvə. Ramizlə Aylın Kamilə baxdılar, Kamil biraz pərt olsada, sözünə tez düzəliş verdi – Aylına: yəni əlin yaralıdır o mənada dedim zəhmət çəkmə. Aylın gülümsəyərək, – Kamilə: biri sağdır hələki, narahat olma keç əyləş. Başını narazılıqla sirkələyib mətbəxtdə getdi, Kamil hiss etdi Ramizin nə isə üz ifadəsi başqa idi. Kamil – Ramizə: bilmədiyim bir şeylərmi var dostum? Ramiz dərindən nəfəs alaraq divana əyləşib, söykənib dərindən nəfəs aldı. Əyləşsənə ayaq üstə niyə dayanırsan, dəvətmi gözləyirsən? Ramizin yanında keçib əyləşdi. Ramiz – Kamilə: anam başqa cürə olmuş bugün, Kamil anlamadı Ramizin nə dediyini, – Ramizə: necə yəni başqa olmuş anlamadım. Ramiz biraz Kamil tərəfə əyilərək yavaş səslə, artıq Aylına söz demir, yəni Ayllın gəlincə qabaq evdə necə idisə, indidə elədir. Kamil Ramizə baxaraq düşündü, anladı ki anasının dəqiq başqa planı vardır Aylına qarşı, axlında olan fikir gerçəkləşirdi. Kamil dahada narahat oldu üzünün ifadəsi dəyişdi, – Kamilə: nə oldu sevinmədinmi? – Ramizə: sən bunlara inandınmı? Ramiz Kamilin nə demək istədiyini anladı. Dostum bax bilirəm haqlısan ancaq o mənim anamdır, mənə yalan danışmaz artıq bilir ki bağışlamaram onu. Sən nə düşünürsən, anam məni itirməsinə razı olarmı? Kamil deyə bilmədi ki, hə onuda edər sənin anan. Ramiz can dostu idi deyə bilmədi,