Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
64 страница из 81
Sənubərə zəng gəldi kimdənsə, telefonu götürüb cavab verdi alo, biraz qulaq asıb, nə oğlumda olarladırmı? oğluma zərər gələrsə səni məhv edərəm bilirsən. İfritə oğlumuda aparmış özüylə demək ki səhər tezdən, başını qaşıyaraq əsəblə oyana – buyana gəzdi. Gözə görünmə tez uzaqlaş ordan, oğlum olmayan zaman dediklərimi edərsən, eşitdinmi? oğlum yanında olmadığı vaxtı, qulaqlarını aç dinlə məni diqqətlə. Telefonu hirslə söndürüb kənara atıb deyindi öz – özünə: sənə qurtuluş yoxdur məndən, telefona səsimi yazdıraraq mənə qalib gəlmişmi sanırsan özünü? indidə oğlumu aparmışsan yanında məzarlığa. Allah cəzanı versin yetim zibil, demək sən düşündüyüm qədərdə axılsız biri deyilmişsən, olsun bir günün geci – tezi sayılmaz mən səbir edərəm. Mətbəxtdə tərəf ağzını tutub səslədi xadiməni, mənə qəhvə hazırla tez ol yatma orda, keçib divanda əyləşdi əsəblə üzünü turşudaraq.
Məlik çox şad olmuşdu oğlunu arvadını ziyarətə Ramizlə Aylın gəlmişdilər deyə, Ramiz dostunun məzarının yanında oturmuşdu sakitcə baxırıdı. Artıq səhər açılmışdı çoxdan, Mılik sıxılırdı evə gec olmuşdular deyə, Ramiz tələsmirdi getməyə, dostunun məzarına baxıb fikirə getmişdi. Yavaş səslə Məlik əyilib Aylına tərəf, xanım bizi yaxşıca danlayacaq evə çatdığımızda. Ramiz gözünü məzardan çəkmədən, Məlik dayı anam bundan sonra nə səni, nədə Aylını danlamayacaq. Narahat olma sən inan dediklərimə, mən sözümü demişəm ona çiddi olduğumu yaxşı bilir. Məlik heçnə anlamadı, Ramiz nə demişdi anasına? kişiyə anasının Aylına etdiyi hədə – qorxusunu anlatmamışdılar ki, yazıq çoxda üzülməsin, Aylın kənara baxdı. Olanlara görə xəcalət çəkirdi, Ramizin anasına qarşı nə isə deməsini istəmirdi heç. Özü anasına həsrət qalmışdı, istəmirdi Ramiz özünə görə anasıyla tərs düşsün, aralarında düşmənçilik yaransın sonsuza qədər.