Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 74

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

74 страница из 81

Ramizin atası kənarda dayanıb olara baxırdı. Zarafatlaşdıqlarını görüb gülümsəyərək, öz – özünə: hələ uşaq xasyyətləri buları tərk etməyib, evə getdi. Ramiz – Kamilə: gedək bir şeylər içək stresimiz keçsin, nə deyirsən? – Ramizə: gedək ancaq Aylını evdə təkmi qoyacağıq? Ramiz Kamilə baxdı təcüblə. İnana bilmirdi dostunun anasına yenə şüphə etdiyinə, Kamil gülərək – Ramizə: üzünün ifadəsinə bax sən bunun. Gəl dostum gəl gedək, artıq anladım hər şey yaxşıdır yolundadır. Ancaq deyim bil Aylından incidim gərçəkdən, bax sən buna dayısı oğluna bir daha söz deməməliyəmmiş. Oğlum təhtid etdi məni gördünmü? Ramiz güldü, gərçəkdən eləmi dedi? gəlib maşına əyləşdilər. Kamil maşını işə salıb – Ramizə: vallahi təhtid etdi, dedi ki bu sonuncu olsun Ramizi acılaman. Ramiz – Kmailə: düz demiş, bibim qızının birdənəsiyəm mən acılama məni, Kamil maşının qazına basaraq – Ramizə: vay mən onun birdənəsinə. Ramiz elə bildi Kamil pis söz deyəcək özünə, baxı. Kamil gülümsəyərək, – Ramizə: qurban olum birdənəsinə, canım dostumdur o mənim, getdilər zarafatlaşaraq.

Правообладателям