Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 79

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

79 страница из 81


Kamil Aylını xəstəxanaya çatdırdı, tez maşından enib qaçaraq gəlib qapını açıb Aylını səsləyərək, Aylın çatdıq canım eşidirsən? qucağına alıb tələsərək xəstəxananın qapısına tərəf qaçdı, bağırdı! kimsə yoxmu yardım edin. Quçağında huşunu itirmiş Aylınla giriş qapıdan içəri qaçaraq girdi, bağırdı! yardım edin, duyduqlarında tez qaçaraq gəlib yardım etməkçün – Kamilə: nə olub xəstənin nəyi var? yaxından nasilkanı gətirdilər sürüb. Kamil Aylını nasilkaya qoydu, yanındakılar qolunu tutub nəbizini yoxladılar, nəbizini hiss etmirəm tez aparın reonimasiya otağına. Tələsik nasilkanı sürərük apardılar Aylını, Kamil özünü itirmədən ardlarıyca qaçdı yanınca gedərək, Aylın səslədi, Aylın nə olar özünə gəl qorxuzma məni. Aylın artıq duymurdu kimsəni, ölümünün bir adımlığında idi, baxacaqları otağa yetişib qapıları açaraq içəri sürdülər nasilkanı. Kamili buraxmadılar, sinəsindən tutaraq ona dışarda dayanmasını işarə etdilər, sizə olmaz burda gözləyin qapılar bağlandı. Kamil əlləriylə başını tutaraq baxdı, elə peşman olmuşdu ki inanaraq Aylını o evdə tək qoyduğuçün, öz – özünə: Allah mənim cəzamı versin niyə səni tək qoydum axı, gözlərindən yaş süzüldü bi ixtiyar üzünə. Tez Ramizə zəng etməkçün telefonunu çıxartdı, Ramizə zəng edib gözlədi götür hardasan cavab ver. Ramiz alo dediyində Kamil bağıraraq – ona: tez xəstəxanaya gəl, ünvanı dedi Ramizə.

Правообладателям