Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 76

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

76 страница из 81

Gəlib divanda əyləşdi gördüyündən dəhşətə gəlmişdi, anlamışdı qəhvəsinə ilac qatdığını. Kamil haqlıydı, arvada oda inanmamışdı ən azından özü qədər. Aylın üzüldü, boş yerə Kamilində xətrinə dəymişdi acılayaraq. «Anlamağa başladı dünən durduğu yerdə yuxulamağınin səbəbini, demək ki bu birinci deyildi bu evdə ilaclı qəhvə – çay içdiyi» xadimə qəhvəni gətirib qarşısına qoyub – Aylına: buyurun nuş olsun. Aylın xadiməyə baxaraq gülümsədi, əllərinizə sağlıq çox sagolun Allah ürəyinizə görə versin. Xadimədə görünür etdiyi işə şad deyildi, ancaq xanımın sözündən çıxa bilməmişdir, biçarə olduğu üzündən bəlli idi. Aylın düşündü öz – özünə: Allah bilir çarəsizdir mənim kimi, xanımın əmrinə yox deyə bilməmişdir yazıq.

Ramiz gəldi – Aylına: sabahın xeyir canım, – Ramizə: sabahın xeyir birdənəm, Ramizə baxıb üzüldü. Anasının etdiyi bu pis əməlini deyə bilməzdi ona, yaxşı bilirdi ki anasını bağışlamazdı oğlu bu dəfə. Ramiz gəlib Aylının yanında əyləşib, o qəhvə, götürüb içmək istədikdə Aylın qoymadı, içmə o mənimdir. Ramizin əlindən aldı fincanı, Ramiz Aylına təcüblə baxaraq bir qurtum içəçəkdim, – Ramizə: içmə olmaz. Ramiz – Aylına: niyə olmaz ki? Aylın tez düşünüb – Ramizə: fala baxmalıyam özüm içməliyəm, əks halda alınmaz səhv göstərər. Ramiz – Aylına: sən belə şeylərə inanırsanmı? o zaman iç baxım nə çıxır falından. Aylın çıxılmaz vəziyyətdə qaldı, deyə bilmirdi ki, qəhvəyə nələrsə qatızdırmışdı anası. Aylın – Ramiə: içəcəm birdənəm sən get özünə hazırlat, xadimə bu an Ramizədə qəhvə gətirib qarşısına qoyub getdi. Aylın bəxdinə külümsədi, anladı xadimədə işini dəqiq görürdü, gözdən qaçırmırdı heç nəyi. Aylın – Ramizə: bax sənədə gətirdi iç qəhvəni, – Aylın: sən iç canım mənədə çox maraqlı gəldi, baxım nə çıxır bəxdinə inandığın o falından güldü. Bax içməsən mən içəcəm haa, Aylın qorxdu Ramiz zarafata salıb içərdi birdən ilaclı qəhvəsini. Çarəsiz qəhvə fincanını götürüb içdi ürəyi istəməsədə. Ramizdə öz qəhvəsini içərək – Aylına: ee, sonuna qədər iç, gözüm səndədir baxaq nədir qismətinə çıxacaq. Mən inanmasamda duydum ki, fala baxdıqlarında son damçısına kimi içirlər, elə deyilmi? Aylın çıxılmaz vəziyyətdə qalmışdı – Ramizə: elədir birdənəm, elədir. Götürüb qəhvəni sonuna qədər içdi çətində olsa, finçanı masaya qoyub – Ramizə: mən gedim biraz işim var otağımda. Ramiz Aylın qolundan tutub bəs fala baxmayacaqdınmı, hara gedirsən? Aylın geri yerinə əyləşdi. Fikri vardı tez gedib qaytarsın içdiyini alınmadı, boş qəhvə fincanının dibinə baxdı götürüb. Ramiz Aylının nə deyəcəyini gözləyirdi, nə oldu nə göstəriri senserin? – Ramizə: yaxında öləcəyimi göstərir. Ramiz – Aylına: əstəfrüllah bu deyən sözə baxsana səhər – səhər, qalxıb Aylının əlindən boş fincanı götürüb baxdı. Ramiz – Aylına: bunun dibində heçnə yoxdur ki? zarafatla – Ramizə: demək səndə bilirsən fala necə baxırlar, gülümsədi. Ramiz – Aylına: yox filimlərdə gördüm mən elə şeylərə inanmıram, Aylın öz – özünə: mən inanıram. Ramiz duymadı Aylının nə dediyini, – Aylına: bir şeymi dedin canım? – Ramizə: yox birdənəm demədim heçnə. Ayağa qalxmaq istədi Ramiz qoymadı, dur səninlə Kamail haqda danışmaq istəyirəm. Aylın anladı ki artıq gec idi, içdiyi canına yayılmışdı çoxdan, – Ramizə: bilirəm Kamili incitdim dünən. Çox peşmanam çatdırarsan ona mənim adımdan bu sözümü. Ramiz anlamadı nəçün belə deyirdi, yazıq inanmışdı etibar etmişdi, hardan biləydi qəddar anasının etdiklərini.

Правообладателям