Читать книгу Acı həyat. Roman онлайн
88 страница из 89
Dəniz qardaşının yanına gəldi mağazaya. Səlim çalışırdı, gəlib arxadan qardaşını qucaqladı. Səlim baxdı – bacısına: nə yaxşı gəldin, yardıma ehtiyaçım vardı. Dəniz qardaşının qarşına keçib əlindəki gülə baxdı, atama söz verdim qardaşım heç üz vurma. Bax necə qəşəng alınır buketlərin, Səlimin kefi getdi, baxdı incik baxışlarla bacısına. Dəniz – qardaşına: sənə syurprizim var. Səlim incik bacısına baxmadan, demə heç lazım deyil syurprizin. Dəniz gülümsəyib, qaraşına: arxana bax kim gəlmiş. Səlim dönmədən – bacısına: yəqin yenə arxadan başıma vurmağa sevimli Mələyiniz gəlmiş. Dəniz qardaşının sözündən ürəkdən güldü, qardaşım sən Mələkdən nə yaman qorxursanmış. O deyil bax qorxma, qardaşı əsəbləşib geri döndüyündə, xalasını görüb şaşırdı. Bir anda elə sevindi ki, xalası gülümsəyərək, qollarını açdı. Səlim əlindəki Gül buketini atıb, gedib xalasına elə sarıldı ki, xalasıda qucaqladı öpdü. Mənim yaraşıqlı oğlum, saçını sığallayıb öpdü təkrar – təkrar. Səlim elə kövrəlmişdi, danşa bilmirdi -xalasına: bağışla səni bacısız qoyduğuma görə, bağışla. Xalasıda kövrəldi, Səlimi bərk – bərk qucaqlayıb tutdu. Səlim hönkürüb ağladı. Dənizində gözləri yaşardı, sən istəmədən oldu oğlum ağlama. Üzmə ananın o gözəl ruhunu, o səni çox istəyirdi, ağlamanı heç istəməz. Səlim ağlayraq – xalasına: kaşki mən ölsəydim, Dəniz pis oldu çıxdı mağazadan. Qapıda dayandı, qardaşının kəşki mən ölsəydim deyib təkrarlayıb ağlamasına dözə bilmirdi. Üzünü tutub aşağı çöküb ağladı, anasız ikisinədə ayzıq olmuşdu. Bu həyatda nə qədər yaxşı yaşasalarda, evladlarına anasının yerini heç bir şey əvəz edə bilməz. Nə pul, nədə var dövlət.