Главная » Acı həyat. Roman читать онлайн | страница 84

Читать книгу Acı həyat. Roman онлайн

84 страница из 89

Axşam olurdu, Səlim mağazanı bağlayıb tələsik getdi maşınına əyləşib.


Uğur evə gəlib yatmışdı otağında, Mələk gəldi əyləşdi mətbəxtdə. Qapının zəngi basıldı, Uğur oyanmasın deyə getdi qapıya, düşündü gələn ya Dəniz, yada Gülsümdü. Gəlib qapını açdığında tanımadığı qadını görüb baxdI, qadında Mələyə baxdı. Qadının geyimindən bilinirdi, özünə qulluq edən varlı biri idi. Mələk – qadına: buyurun kimə baxmışdınız? qadın biraz baxıb – Mələyə: siz kimsiniz? Mələyin yarası ağrıyırdı ayaq üstə qaldığında. Baxın xanım, qapının zəngini basan sizsiniz mən deyiləm, ya özünüzü təqdim edin, yada gəlmə səbəbinizi deyin. Qadın diqqətlə baxıb – Mələyə: mən Uğur bəyə gəldim, bildiyim qədəri evini dəyişməmişdi. Əğər dəyişmişsə üzürlü sayın. Mələk Uğur dediyində – qadına: yox düz gəlmişsiniz, dəyişməmiş. Buyurun keçin indi oyadaram Uğur bəyi, qadın keçdi gəldi evə nəzər yetirdi. Mələk – qadınada: buyurun əyləşin, mən indi bildirim Uğur bəyə, getdi. Qadın şüphəli baxışlarla baxıb əyləşdi.

Mələk ehtiyatla qapını açıb gəldi Uğur yatırdı, yanında oturub ehtiyatla səslədi. Uğur, Uğur gözlərini açıb baxdı, səksənib yerində oturdu. Mələk tez qolundan tutub, – Uğura: qorxma dostum. Bağışla oyatdım səni, bir qadın gəldi səni soruşdu, məndə dəvət etdim içəri səni gözləyir. Uğur gözlərini ovub, qadınmı? kimdir ki? Mələk çiyinlərini çəkib, bilmirəm dostum qalx bax. Uğur yerindən qalxdı, – Mələyə: ağrımırsan ki? bağışla içim keçmiş necə yatmışamsa. Mələk – Uğura: yaxşıyam narahat olma, yorğunsan əlbətddə yatacaqsan. İkisidə çıxdılar otaqdan.

Правообладателям