Читать книгу Acı həyat. Roman онлайн
83 страница из 89
Beləcə bir – neçə gündə ötdü kecdi. Mələyin polislə verəcək ifadısini həll etmişdi Səlim, getməmişdilər şövbəyə. Anası kəndə dönməliydi, – Uğura: bax oğlum, sənə etibarım yerdən göyə qədərdir. Bilirsən mənim getməyim lazımdır, nə olar qoyma qızım yayınsın həkimə getməkdən. Uğur gülümsəyib, arvadın boynunu qucaqladı, canım anam narahat olma sən. Təki səndə getməsəydin, nə gözəldi birlikdə qalırdıq. Arvatda Uğuru qucaqlayıb, oğlum hər şeyçün çox sağol. Bilirsən kəntdə hər şey ərimin öftəsində qalmış. Siz Mələk müalicəsini bitirən kimi birlikdə gəlin, tamammı? gözləyəcəm oğlum. Mələk gəldi, – anasına: ana mən yaxşıyam gəlim səninlə, anası baxdı üzgün baxışlarla Uğura. Uğur gülümsəyib, – arvada: narahat olma sən anam. Mələk bilirəm darıxır kəndiçün, ancaq burda qalmalıdır bilir. Elə deyilmi dostum? işarə etdi ki hələ baş bir tərəfə, böyründəki yaranda sağalmayıb. Mələk çarəsiz -Uğura: bilirəm Uğur bəy. Anası gəlib qızınıda qucaqlayıb, bağrına basdı. Bax qızım Uğuru üzmək yox, mən tez – tez əlaqə saxlayıb danışaçam. Birdə sənədə tapşırıram, əğər bular birdə o idmana getsələr mənə bildir. Tamamı qızım? qızının saçlarını sığallayıb baxdı üzün. Mələk təkrar anasını qucaqlayıb öpdü. Tamam rəyis xanım əmrin gözüm üstə, atamada salamımı çatdır. Anası qızından ayrılıb, – Uğura: gedək oğlum gecikməyim avtobusa. Uğur anasının çantasını götürüb – Mələyə: dostum mən az vaxtda gələcəm, sən yat dincəl. Anasıyla getdilər, Mələk arxalarınca baxıb, öz – özünə: burdan tez gedim deyirəm, mən düşən günə baxda. Getdi əyləşdi divana, oturduğunda yarası incitdi, ofuldadı..