Читать книгу Acı həyat. Roman онлайн
1 страница из 89
Acı həyat
Roman
Fatma Ahmed kızı Nabieva
Proofreader Санан Вахид оглы Набиев
© Fatma Ahmed kızı Nabieva, 2021
ISBN 978-5-0053-9624-2
Created with Ridero smart publishing system
Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.
Hər insanın yaşadığı ömürü elə bir hekayədir, bəziləri haqda gözəl bir kitab yazmaq olar. Bəzi İnsanların isə, həyat hekayələri belədir, qəmli və kədərli. Hamını eyni təbəqədə ifadə etmək, təssüflər olsun ki, qeyri mümkündür. Həyat kimini güldürür, kimini isə üzər – ağladar, o gözəl ürəyini vaxtsız incidər.