Читать книгу Acı həyat. Roman онлайн
85 страница из 89
Uğur öndən gəldi pərt oldu, – qadına: ana? Mələk ana dediyində baxdı qadına. Anladı gələn Uğurun anası idi, qadın ayağa qalxdı. Anası – Uğura: mən evinə gələ bilmərəmmi oğlum? Uğur bir anlıq baxdı. Gedib anasını qucaqladı öpdü, anasıda oğlunu qucaqlayıb öpdü. Əlbətddə bilərsən ana bu nə deməkdir? sadəçə şaşırdım, niyə şaşırdığımıda özün bilirsən. Anası əyləşdi, Uğurda yanında əyləşib baxdı anasına. Anası gülümsəyib, saçlarını sığalladı. Böyümüşsən oğlum, tərslik etdin yanımda yaşamaqdan imtina etməsəydin, necə böyüdüyünü görərdim. İldə bir dəfə telefon danışıqlarından hiss etmək olmur necə dəyişdiiyini. Uğurun anası biraz başqa dildə danışığa alışıq olduğu anlaşılırdı. Uğur dərindən nəfəs alıb baxdı, – anasına: şaşırdım ana, hansı rüzgar atdı səni bizim ölkəyə? niyə demədin gələcəyini qarşılayardım. Anası gülümsəyib, mən syurprizləri sevərəm oğlum bilirsən, həmdə yolu tanıyıram unutmadım. Mələk dönüb getmək istəyirdi – Uğura: bu qız sənin sevgilindirmi? Uğur -anasına: tanış edim. Bu gördüyün Mələkdir, mənim ən yaxın can dostumdur ana, işarə etdi ki qızı utandırmasın. Anası baxıb Mələyə, bir zamanlar mənimdə can dostum vardı, ancaq sonradan bilmədən aşik olduq bir – birimizə. Uğur alışıqdı anasının açıq danışmalarına, ancaq Mələyin yanında xəcalət çəkdi kənara baxdı. Anası anladı, – oğluna: oğlum bu həyatda sevmək günah deyildir, utanacaq bir şey yox. Uğur kənara baxıb başını narazılıqla sirkələdi. Mələk – qadına: bağışlayın sizi qapının önündə sorğu – suala tutuduğuma görə. Qadın gülümsəyib, – Mələyə: düz etdin Mələk, sən məni tanımırsan, tanımadığın insaları evə buraxmaq olmaz. Mələk artıq söz demədən getdi mətbəxtdə, anası – oğluna: sevgilin pis birinə oxşamır. Uğur anasına baxdı ki deməsin elə sözlər, İstəmirdi Mələk duysun incisin. Mələk gəlib iki fincan qəhvə süzüb siniyə qoydu, öz – özünə: ya səbir, duymuşdu dediklərini. Sinini götürüb gəldi, masaya qoyub birinci anasının qəhvəsini verdi. Qadın götürüb təşəkkür etdi, Uğurunda qəhvəsini qoyub – olara: sizə nuş olsun. Mən bir dışarı çıxaçam hava alım. Uğur – Mələyə: sənin yaran sağalmadı, olmaz dostum. Mələk işarə etdi ki, sussun deməsin anasının yanında. Anası bildirməsədə anladı, nəsə problem olduğunu. Mələk – Uğura: tamam dostum, mən o zaman otaqda dincəlim, qadın – Mələyə: gəl əyləş bizimlə. Mələk – qadına: siz söhbətinizi edin, mən icazınizlə, gedi. Uğur Mələyin arxasınca baxdı, anası qəhvəsindən içib baxdı oğluna. Birdən Uğur anasına baxdığında gülümsədiyini görüb, – anasına: ana yetər. Anası gülümsəyib, artıq bir söz demədi.