Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 104

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

104 страница из 129


Axşamı yeməyə Sərdar Aylın gilə gəlməmişdi. Aylın gəldi, – anasına: ana mən birazdan Sərdarı gəzməyə çıxaracam. Sən gəlirsənmi bizimlə?

Anası – Aylına: sən Sərdarla danışdınmı? Aylın anasının öz sualına cavab vermədən, Sərdarı soruşmasına biraz təcübləndi. Aylın – anasına: yox danışmadım, nə olub? anası nə isə narahat idi. Anası – Aylına: axşam dedi gəlirəm çatıram, sonra zəng etdi ki, mühüm işim çıxdı anam bağışla gələ bilmirəm. Aylın çiyinlərini çəkərək, – anasına: burda narahat olacaq nə var ki, Sərdar uşaq deyil. Yəqin işi çıxmışdır. Anası şüphəli baxışlrla baxaraq – Aylına: çox maraqlıdır. Sərdar səhər tezdən bura kimi gəldi. Ancaq mənə uğramadan, atanla maşına əyləşib getdilər. Aylın dönüb getmək istəyirdi, birdən nə isə düşündü. Aylın – anasına: atamlamı getdi? – qızına: hə atanla getdi. Aylın narahat oldu, anladı ki, atası Sərdala, Fazil şərəfsizini tapmaq fikrinə gəlmişdilər. Tez otağına getdi, anası ardınca – Aylına: Sərdarla hara çıxacaqdınız? Aylın duymadı anasını.

Otağına gəlib, telefonunu götürüb Sərdara zəng etdi. Sərdar telefona cavab vermirdi, öz – özünə: aç, aç, bu zibili cavab ver. Otaqda oyana – buyana gəzərək, telefona cavab gözləyirdi. Əsəbləşdi, ax Sərdar bircə mənə bunu etmə. Sərdar telefona cavab vermədi. Aylın biraz düşünüb, pencərəyə yaxınlaşıb həyətə baxdı. Evdən qapıdan çıxsaydı, anası hara gedəcəyini soruşacaqdı, öz – özünə: bağışla anacan getməliyəm. Qapı döyüldü, içəri xadimə girib – Aylına: Aylın xanım, ananız Sərdar bəyi hara götürəcəyinizi soruşur. Aylın biraz düşünüb, – xadiməyə: gəl bura, sənə deyəcəklərim var. İndi dediklərimi edəcəksən, danışdıqmı? – Aylına: buyurun Aylın xanım, sizi dinləyirəm.

Правообладателям