Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
101 страница из 129
Aylınla atası otağında söhbət edirdilər. Atası – Aylına: qızım bax, mən istəmirəm ötənləri xatırlayım. Ancaq məni narahat edən bir sual var ürəyimdə, özün bilirsən, mənə nə qədər əzizsiniz hər biriniz. Aylın sözünü kəsərək, – atasına: ata narahat olma mənimçün. Sizdə canımdan dəyirlisiniz bilirsən, o bir daha ailəmizə yaxınlaşa bilməyəçək, ürəyini rahat tut sən. Atası dərindən nəfəs alaraq, – Aylına: bilməzmiyim qızım? sən bizimçün ölümünə bilə göz yumdun, həmdə bilərək. Sənin mərdliyin qarşısında qürur duyuram, sənin kimi evlad dünyaya gətirdiyimizçün çox şadam. Atasının bi ixtiyar gözləri yaşardı. Aylın – atasına: anam deyir mən xasiyyətimdən sənə çox bənzəyirəm, bu mərdlik sənin qanından keçmiş mənə. Atasının ürəyinə fərəh doldu, gözlərini silib – Aylına: qızım bax, bu günlərə kimi mənsiz başın çox dərtlər çəkmiş. Nə olar ver mənə o şərəfsizi cəzasını verim, rədd olsun. Aylın dərindən nəfəs alaraq – atasına: canım atam, məni boya – başa çatdıran valideyinlərim sayılan, o günahsız insanların ruhları qarşıarında min can borcluyam. Bax o şərəfsiz oları vaxtsız məndən aldı, qanlarına qəltan etdi. Söz verdim məzarları qarşısında ki, mən ondan etdiklərinin heyifini mütləq alacam. Xayiş edirəm bu son işim olsun yerinə yetirim, bəlkə ürəyim azacıqda olsa rahatlıq tapar. İzin ver, bizə yaşatdıqlarının heç olmasa yarısının zülümünü çəksin, ona rahat ölüm haramdır. Aylınında bi ixtiyar gözləri yaşardı. Aylın – atasına: neçə günahsız insanlar həyatlarını itirdilər mənə görə, bir bilsən ata ürəyim necə yanır odsuz – alovsuz. Atası qızını yaxşı anlayırdı. Atası ayağa qalxdı, Aylında yerindən qalxdı, atasına hörmət əlaməti olaraq. Atası gəlib qızının boynuna sarılıb, göz yaşlarını axıdaraq yavaş səslə, – Aylına: bilməzmiyim qızım. Sən mənim canım qızımsan, bir canıq – qanıq. Aylının üzündən öpüb, saçlarını sığallayıb öz – özünə: Allahım nə olar, məni artıq çəkə bilməyəcəyim sınaqlarına sınama.