Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
103 страница из 129
Aylın gülümsəyərək, – qardaşına: səndən böyük olduğumdandır, canım qardaşım. Gedək anam indi bizi acılayacaq. Ümid bacısının üzündən öpüb, qol – boyun mehribanca getdilər atasının ardınca.
Səhər açılmışdı, Ramiz şirkətə işə gəldi. Dilqəm görüb çox sevindi, – Ramizə: qardaşım xoş gəldin. Quxaqlaşıb görüşdülər, – Dilqəmə: qardaşım, Aylın dostun sənin xətrini gör nə qədər istəyirmiş, əmir etdi ki, səhər işdə olum. Dilqəm gülümsəyərək, – Ramizə: Allah ondan razı olsun, dotsuz mənim günüm qaradır. Ramiz keçib əyləşdi yerinə – Dilqəmə: Nazlı yoxmu?
Diləm gəlib masaya söykənib – Ramizə: bacın bu gün izinlidir işdən. Ramiz gülümsəyərək, – Dilqəmə: bacım mənim gələcəyimi bilirdi, öncədən məndən izin aldı qardaşım, bilirəm. Dilqəm qaşlarını çataraq baxdı, – Ramizə: bax sən, sevgilim qardaşının gələcəyini bilmiş, məndən gizlətmiş. Axşam mən ona hesabını soraram, dayansın. Ramiz – Dilqəmə: qardaşım, deyirəm bəlkə artıq evlənəsinizmi? əmi olmaq istəyirəm. Dilqəm üzünü turşudaraq – Ramizə: qardaşım onu – bunu evləndirincə, sən öz başına çarə çəkib bizi sevindirsən pis olmazdı. Ramizin yaralı yerinə toxundu, üzünün ifadəsi dəyişdi. Ramiz – Dilqəmə: mən Aylından başqasını sevə bilmərəm, artıq bu sualı mənə vermə qardaşım. Dilqəm öz – özünə: aydaaa yenə başladı. Dilqəm – Ramizə: mən bir neçə telefon etməliyəm, tez otaqdan çıxıb getdi ki, Ramiz söhbəti unutsun. Ramiz dərindən nəfəs alıb, kresloya söykənib nə isə düşündü. Tez masadan telefonunu götürüb, Aylına mesaj yazıb göndərdi. Az vaxtdan cavab gəldi, tez oxudu Aylın yazmışdı. (birdənəm iş saatın başladı, işinlə məşğul ol qardaşına yardım et,) Ramiz gülümsəyərək, öz – özünə: özündən başqa hər kəsi düşünən canım mənim.