Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
99 страница из 129
Aylın gülümsəyərək, – qardaşına: sən niyə danışmırsan? anam səndən şikayət etdi. Heç dinləmirmişsən, işdən vaxtın olmurmuş. Sən artıq dinlən, mən əvəzinə çalışaram, nə deyirsən?
Atası – anası ikisidə birdən – Aylına: yox qızım sən çalışmayacaqsan. Aylın ikisinədə təcüblə baxaraq – Ümidə: sonrada deyillər mən atama çox bənzəyiəm. Boş yerə deməmişlər, ər – arvadın torpağı bir yerdən götürülmüş. Baxsanız, sizdə bir – birinizə çox bənzəyirsiniz, sözünüzüdə birdən deyirsiniz. Ümidlə Ramiz, güldülər Aylının dediyi sözə.
Ümid qəhvəsini götürüb – Aylına: bağışla bacım, valideyinlərimə qarşı çıxa bilmərəm. Sən hələki dinlənəcəksən evdə, bu qədər. Ramizlə Ümidin özünə gülməsinə əsəbləşdi. Aylın – Ramizə: səndə sabahdan işə çıxırsan Ramiz bəy, bəsdir dincəldin evdə. Dilqəm şirkətdə tək qalmış, yazıq işi çatdıra bilmir. Ramiz – Aylına: sən mənimlə çalışmağa razı olsan çıxaçam işə, əks halda Dilqəm dostun tək çalışacaq. Aylın uşağın əlinə oyuncağı verib – Ramizə: oğlum mənə icazə yoxdur, sən çıx işə yazıqdır, qardaşın sayılır.