Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
102 страница из 129
Qapı döyüldü, qucağında uşaqla Ümid içəri baxdı. Anladı halarından, – olara: Rəhim bəy, Aylın xanım, anam sizi yeməyə gözləyir. Bilirsiniz gecikdiyində əsəbləşir, gəlin. Aylın üzünə baxaraq, atasının göz yaşlarını əliylə silərək, pıçıltılı səslə – atasına: məni anladığınçün təşəkkür edirəm atacan. Atası biçarə gülümsəyərək, qızının üzünə sığal çəkib – Aylına: artıq sən bizə döndün qızım, ürəyim rahatdır. Aylın atasının əllərindən öpərək, – atasına: anamı gözlətməyək, gedək yeməyə.
Ümid qapıda gözləyirdi. Atası yanından keçərkən qucaqından uşağı alaraq, öpüb – uşağa: gəl oğlum qucuma. Məni oğlum babalıq üzünə həsrət qoyub. Ümid – Aylına: aydaa, of – offf anamdan qaçdım, indi atam başladı. Aylın əlini qardaşının çiyninə qoydu. Uşaqla danışa – danışa gedən atasının ardınca baxıb – Ümidə: qardaşım duymadınmı? Olümdən, birdə evlənməkdən qaçış yoxdur demişlər, boşuna ofuldama. Ümid qolunu bacısının boynuna salıb, gülüdü. Ümid – Aylına: özündən bir saniyədə, yeni – yeni məsəllər düşünməyin hardandır?