Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
100 страница из 129
Anası – Ramizə: səhərdən işə gedirsən oğlum, narazılıq istəmirəm. Ümid gülümsəyərək, – Ramizə: anam çox az zarafat edir, ciddi say dediklərini. Anası – Ramizə: oğlum uşaq qalsın bizdə, sən rahat işinə get, biz ona gözümüz kimi baxarıq. Aylın – Ramizə: anam düz deyir, qalsın bizimlə dayım gəlincə, sən rahat işinə get – gəl. Ramiz biraz düşünüb – Aylına: mən ona çox öyrəşdim canım, ayrı qala bilmərəm. Aylın dərindən nəfəs alıb – Ramizə: məndə çox örəşmişdim, unutdunmu? Ramiz anladı nə demək istədiyini. Ramiz – Aylına: tamam canım, mən səhər işə gedib, axşamları görməyə gələrəm. Anası xadiməni səslədi, süfrəni hazırlayın axşam yeməyinə. Xadimə gəlib – anasına: baş üstə Sevda xanım, getdi tez mətbəxtdə. Anası telefonunu götürüb öz – özünə: harda qaldı Sərdar? zəng etməkçün nömrəsini yığdı.
Ramizin xoşu gəlmirdi Sərdardan, – anasına: budur Sevda xala Sərdar. Anası baxıb gülümsəyərək, – Ramizə: böyük Sərdarı deyirəm oğlum.
Aylın baxdı gülümsəyərək, uşaqla oynadı öpdü təkrar – təkrar. Atası qızına baxıb qürur duyurdu. Ancaq çox yaxşıda bilirdi ki, Fazil itinin yoxa çıxmasında qızının əli vardı. Atası – Aylına: qızım sən mənimlə gəlsənə, süfrə hazır olana qədər deyəcəklərim var. Anasının başı telefona qarışdığından duymadı. Aylın uşağı öpüb, ayağa qalxdı. Atasıyla gedərkən, qardaşının altdan – altdan baxıb nə isə işarə etdiyini görsədə, anlamadı nə dediyini. Ümid qalxıb uşağı qucağına götürüb, öpərək oxşadı. Anası – oğluna: sənində evlənəsi vaxtın çatıb oğlum. Ümid tez uşağı götürüb, anasının sualından qaçaraq otağına getdi. Anası narazılıqla ardınca baxaraq, – Ramizə: gördünmü oğlum, bax qaçdı evlənmək sözünü duyan kimi. Ramiz gülümsəyərək, – anasına: Sevda xala qoy subaylığını yaşasın, yazıqdır evləndirmə. Anası -Ramizə: düz deyirsən oğlum, o səndən kiçikdir, ən gözəli sən evlən. Ramiz qəhvəsini içirdi, az qaldı boğulsun öskürüb baxdı. Anası qaşlarını qaldıraraq – Ramizə: oğlum siz niyə bu qədər evlənmək dedikdə qorxursunuz? Ümid otağına qaçır, sən boğulursan. Ramiz öskürərək özünü toparlayıb, – anasına: Sevda xala düz deyirsən, Ümidi evləndirəsi vaxtı çatıb. Anası gülümsəyərək, başını narazılıqla sirkələyərək öz – özünə: ay mənim yaramazlarım. Sərdar telefona cavab vermirdi, qulağında telefonla gözləyirdi.