Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 127

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

127 страница из 129

Aylın dahada xəcalət çəkdi, əlləriylə Sərdarın kürəyini sıxdı. Sərdar anladı, Aylına toxunurdu hər dediyi söz. Sərdar – Aylına: səninlə tanış olduğum o günü heç unutmaram canım. Aylının başını qatmağa çalışdı ki, artıq üzülməsin.

Sərdar – Aylına: xasiyyətindən çox pis idin, birinci gördüyümdə. Aylının bu söz əsəbinə toxundu. Yaş axan gözləriylə üzünə baxıb – Sərdara: mənmi pis idim? sən mələkdin eləmi?

Sərdar gülümsədi, Aylının bir anda uşaq kimi olanları unudub, özüylə dirəşməsinə. Sərdar – Aylına: bax ondada beləydin, söz dinləmirdin. Aylın dahada əsəbləşdi, – Sərdara: mən niyə sənin sözünü dinləməliydim ki? tanışda deyildik heç. Sənin çox yaxşı xasiyyətin vardı, eləmi? unutduysan deyim. Yaralı halımda məni yerə çaxdığını, daha nələr etdiklərini day demirm. Sərdar gülümsədi, – Aylına: sevdiyimdən caxmışdım canım. Aylının üzünün ifadəsi dəyişdi. Yalandan gülümsəyərək, – Sərdara: o zaman, məndə səni çox sevdiyimdən dinləmirdim sözünü.

Sərdar bir anlıq, burdnuna – burnunu sürtüb – Aylına: bağışla canım. Bütün etdiyim səhvlərimə görə səndən üzür istəyirəm, bağışla – bağışla – bağşla. Aylına artıq bir kəlmə söz deməyə imkan vermədi, dodaqlarından öpdü buraxmadan. Aylın özündən Sərdarı qırağa çəkmək istəsədə, gücü yetmədi. Aylını ağzı yuxarı çevirib, əllərini – əlinin içindən tutub, başının üstə qoyaraq – Aylına: bilirsən səni sevirəm, səni istəyirəm. Qaçmağa çalışma əlimdən, alınmayaçağınıda yaxşı bilirsən. Aylın – Sərdara: dəlilik etmə burax məni. Sərdar – Aylına: bir səhv edib əlimdən buraxdım, peşman etdin məni. Artıq sən mənimsən, ölərəmdə verməm başqasına, duydunmu?

Правообладателям