Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
126 страница из 129
Aylın yerində oturub – Sərdara: sayəndə isindim, yaxşıyam çox sağol. Anama de birazdan gəlirik, aç telefonunu. Sərdar dönüb masadan telefonu götürüb, baxıb gülümsəyib, cavab verdi. Alo anam, mən indi sizi arayacaqdım, yox – yox hər şey yaxşıdır narahat olmayın. Mən sadəcə deyəçəkdim ki, biz Aylınla şəhər dışına çıxmışdıq. Artıq gecdir sabah dönsək, biraz qulaq asıb gülümsədi, – anasına: çox sağol anam, təşəkkür edirəm. Aylının burası çox xoşuna gəldi, dışarda oturub. Yaxşıdı narahat olmayın, sağollaşdı, sabahadək. Telefonu söndürüb masaya qoydu. Sərdar döndüyündə, özünə təcüblə baxdığını gördü. Sərdar – Aylına: səndən izinsiz qalmana görə, anandan xayiş etdim deyəmi elə baxırsan?
Aylın – Sərdara: anamın belə tez səninlə şəhər dışında qalmama, necə razı olmasına görə baxıram. Sərdar gülümsəyib, yerində oturmuş Aylını özünə tərəf çəkib, yanına yatızdırıb qucaqlayıb tutdu. Sərdar – Aylına: canım, bir gecəni mənə çoxmu görürsən? bu qədər imansız olma mənə qarşı. Səni çox sevirəm bilirsən. Aylın bilirdi, Sərdarın xasiyyətini. Bu üzdən, özündən kobutca kənara çəkmək istəmirdi. Aylın – Sərdara: məndən fərqli olaraq, anam sənə qarşı imanlı çıxdı, nə istəyirsən artıq yanındayam. Deyirəm bir azacıq qollarını boşaltsan nəfəs ala bilərdim. Sərdar bilirdi Aylının xasiyyətini. Sərdar – Aylına: sən xəstəsən üşüyürsən, qısıl məni təkrar qucaqla, dərdinə dərman olum. Nə olar sarıl mənə, ehtiyacım var canım sənə. Aylın çarəsiz qollarını sardı qucaqladı, üzünü sinəsinə qısıb – Sərdara: bağışla. Sərdar anlamdı, – Aylına: nəyə görə canım? Aylın susdu, cavab vermədi. Sərdar hiss etdi, sinəsinə Aylının göz yaşı damladıqda ağladığını. Dərindən nəfəs alıb – Aylına: əksinə sən məni bağışla ki, səni atama görə Sərdarla buralara tək gəlməyinə razı oldum. Aylın Sərdarın sevgisindən sonra, Nicatı sevməsinə utanırdı. Artıq bir söz demədi, nə dəyişəçəkdi ki? olan olmuşdu. Sərdar içindən yanıb qovrulmuşdu, duyduğunda Aylın Niactla birlikdədir. Ancaq yenədə Aylının varlığı, indi yanında – qollarında olması, üstünü pərdə bağlamış yarasına məlhəm olurdu. Sərdar üzünü Aylının saçlarına sürtərək, pıçıltılı səslə – Aylına: bilirsənmi? qoxun heç dəyişməmiş. Bu cümlə qısa olsada, əslində çox böyük mənası vardı.