Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
122 страница из 129
Aylın titrəyən əlləriylə, zorla Sərdarı qucaqlayıb, üzünü sinəsinə qısıb dayandı. Sərdar Aylının isitməkçün, qollarını – belini massaj edirdi. Bədəninə sıxıb tutmuşdu, çox darıxmışdı. Aylının özünə – canına qısılması xoş olsada, xəstələnməsidə bir başqa üzürdü Sərdarı.
Ramizlə Dilqəm, işdən çıxıb Aylına gəlmişdilər. Duyduqlarında Aylın Sərdarla gəzməyə çıxmış, Ramizin kefi tamam poxulmuşdu. Ramiz qucağına qardaşını alıb, – anasına: Sevda xala, mən Sərdarı aparım, səhər gətirərəm. Anası təcüblə – Ramizə: oğlum niyə aparırsan ki? uşaq bizimlə oynayırə Heç vaxtımız necə keçir anlamırıqda. Ramiz incik səslə – anasına: Sevda xala, Aylında artıq məşğuldur. Biıirəm işi filan vardır yəqin ki, sizidə yormasın, mənimlə qalsın evdə xadimə var. Cansuda gəlir tez – tez, narahat olmayın.
Anası razı olmadı, qucağından uşağı alıb – Ramizə: heç yerə uşaqda – səndə getmirsən, keç əyləş. Aylında birazdan gələr, birlikdə axşam yeməyimizi yeyəcəyik, xətrimə dəymə oğlum. Anası – Dilqəmə: oğlum səndə yeməyə qal bizimlə. Dilqəm təşəkkür etdi, – anasına: bağışlayın Sevda xanım, başqa vaxtda qalsın. Evdə anam gözləyir məni yeməyə, mənsiz yemək yemir, alışdı gözləməyə.