Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 25

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

25 страница из 129


Beləcə bir neçə gün keçmişdi. Aylın şirkətə işə gəlmişdi Nicatsız. Nicat xalasıyla birlikdə qalırdı, Fazil itinin fikrini yayındırmaqçün. Son zamanlar hər kəsçün baş bəlası olmuşdu Fazil iti. İz itirməkçün hamı dişinə sıxaraq, Sərdarın dediklərini etməyə məcbur qalmışdılar.

Ramiz atasınıda Aylınla birlikdə razı salaraq, başqa ölkəyə müalicəyə göndərmişdilər. Cəmilə qapını döyərək içəri girib – Aylına: Aylın xanım, bir azdan Fazil bəy gələcəyini bildirdi. Aylın yalandan gülümsəyərək, – Cəmiləyə: istədiyi vaxt gəlsin Fazil bəy, mən burdayam. Cəmilə razılığını bildirib, tez getdi. Aylının üzünün ifadəsi dəyişdi, nə isə düşünüb işinə davam etdi. Az vaxtdan qapı döyüldü, içəri Sərdar girdi. Sərdar – Aylına: canım işindən etmirəm ki? Aylın başını qaldırıb – Sərdara: buyur gəl Sərdar bəy.

Sərdar gəlib əyləşdi yaxındakı kresloda. Sərdar – Aylına: Nicatın etdiyi işə görə məni günhalandırmırsan, elə deyilmi? məndə istəməzdim onu uzun illərə məhkum etsinlər. Gördüyün kimi, artıq edəcəyim bir şey yoxdur, qanun hər kəsçün qanundur. Sərdar belə deyirdi ki, Fazil iti Aylının hər danışdığını dinlədiyini, bilirdilər. Aylın – Sərdara: mən düzü Nicatdan çox incidim, bunu sənə etdikdən sonra. Allah etməsin, səni vursaydı nə olacaqdı? məndə qanunlarımızla razıyam, çəksin çəzasını axlı başına gəlsin. Sən əlindən gələni etdin, əksinə təşəkkür edirəm sənə.

Правообладателям