Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 24

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

24 страница из 129

Ümid anasının üzünə baxa bilmədi, baxışlarını qaçıraraq kənara baxıb, dərindən nəfəs alaraq, hə ona görə oldu. Anası tez otaqdan çıxıb getdi. Ümid öz – özünə: axxx Aylın axx, bir daha qarşıma çıxma. Sənin Allah cəzanı versin, anasının ardınca tez otaqdan çıxdı.

Atası qazet oxuyurdu divanda əyləşib. Qapı açıldı, otağa gözləri yaşlı arvadının girdiyini görüb, tez ayağa qalxaraq – arvadına: canım nə oldu?

Arvadı bir söz deyə bilmədi, gəlib ərinin sinəsinə qısılıb ağlamağa başladı. Bu vaxtdı içəri Ümidin üz – gözü vurulmuş yaralı halda girdiyini gördüyündə, anladı nəyə görə anasının ağladığını. Atası – Ümidə: oğlum sən nə gündəsən nə oldu, bu nə haldır?

Ümid əllərini belinə qoyub, üzgün baxışlarla atasına qısılıb ağlayan anasına baxdı, ügün baxışlarla. Yaxınlaşıb anasını sakitləşdirməkçün, çiyninə əlini qoyaraq – anasına: anacan. Bilmirəm nədən, mən sadəcə yardım etmək istədim ona. Anası atasınin sinəsinə əlini vuraraq ağlaya – ağlaya, – ərinə: o Aylın nə istəyir oğlumdan. Mən artıq rahat yata bilmirəm, duyursanmı məni? Rəhim bir şey et. Oğlumuzu bizdən alınca bir şey et, nə olar yardım et, içini çəkərək ağladı yazıq arvad. Atası – Ümidə: Aylınmı? Ümid başını narazılıqla sirkələyərək, – atasına: o qız bəla kəsildi mənə. hara getsəm qarşıma çıxır. Atası çox əsəbləşdi oğlunu vurulmasına və, arvadının ağlamasına. Yenə Aylın səbəb olmuşdu deyə, öz -özünə: sən dayan Aylın. Bir – bir etdiklərinin hesabını verəcəksən mənə.

Правообладателям