Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
20 страница из 129
İçəri Nicatın xalası girdi. Ramizlə Dilqəm tez yaxınlaşıb arvadla görüşdülər qucaqlaşıb. Nicat bilmirdi xalasının gəldiyini. Fəda – Ramizə: düşündüm bəlkə sözünü dinləyər, gətirdim. Ramiz Fədaya razılığını bildirdi baxışlarıyla. Ramiz – arvada: nə yaxşı gəldiniz, bizi dinləmir. Xalası üzünü çevirib uşaq kimi küskün yatan Nicata baxıb, içini çəkərək gəlib yanında əyləşdi. Əliylə kürəyini sığallayaraq – Nicata: oğlum nədir bu düşdüyünüz hal?
Nicat xalasının səsinə dönüb baxdı. Xalası anladı, Nicatın necə üzgün – peşman olmasını. Xalası -Nicata: gəldim oğlum, burdayam. Nicat uşaq kimi birdən xalasının boynunu qucaqlayıb, içini çəkə – çəkə ağlamağa başladı. Nicat – xalasına: xala mən nə etdim, nə etdim mən. Allahım bu qədər çəkdim həyatdan doğulduğumdan, günahım nədir. Xalasınında gözlərindən yaş süzüldü. Nicatı qucaqlayıb öpüb bağrına basaraq ah çəkdi, can oğlum qurban olaram mən sənə.
Ramiz gil artıq dayana bilmədilər, tez otağı tərk etdilər. Nicatın yana – yana ağlayan səsi dahada yüksəlirdi. Dilqəm dərindən nəfəs alıb – Ramizə: yoxmu içməyə birşeyin?