Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
21 страница из 129
Ramiz anlayırdı, hamının ürəyinə toxunmudu bütün bu haqsız olanlar.
Sərdarı gətirib yatağına uzandırıb, yaralanmış – əzilmiş yerlərinə məlhəm sürtürdü. Aylın -Sərdara: qoymadın xəstəxnaya aparım, baxsana halına. Sərdara xoş idi canı acısada, ozünə Aylının qulluq etməsi. Sərdar – Aylına: canım ölümüm sənin əlində olsun, başqa heçnə istəmirəm. Aylın məlhəmi kobut çəkdiyində canı acıdı ofuldadı, – Sərdara: o zaman döz ofuldama. Sərdar gülümsəyib, – Aylına: qardaşın sənə çox bənzəyir canım. Aylın dərindən nəfəs alıb -Sərdara: yazığı Nicatda vurmuşdu bir dəfə, anam o hlını gördüyündə çox üzüləcək. Sərdar – Aylına: bağışla, bilsəydim heç əl qaldırmazdım inan.
Aylın əlindəki məlhəmi kənara qoyub, üzgün baxışlarla baxdı. Mən Nicatla görüşə bilməyəcəyəmmi? mənə görə yazı oldu. Sərdara bu sual çox toxunsda, yalandan gülümsəyərək, – Aylına: canım birazda mənimlə qal. Baxsana halıma, qardaşın sağ – salim yerimi qoymamış. Aylının gözləri bir anlıq fikirə daldı, səssiz baxdı bir nöqtəyə. Sərdar üzülürdü bu halına. Sərdar – Aylına: canım nə düşünürsən? sənin düşüncələrində mənə maraqlıdır bilirsən.