Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 23

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

23 страница из 129

Sən bizimçün canından keçməyə göz yumaraq, ölümdən döndüyünü unutdunmu? sən unutduysanda, mən unutmadım. Atamda hər zaman, sənin necə mərd – cəsarətli olduğunu deyirdi. Xasiyyəti tərs olsada, səni çox istəyirdi. Aylın – Səradara: sən atana heç bənzəmirsən. Sərdar üzünü saçlarına sürtərək, – Aylına: məni sən dəyişdin canım. Kobut xasiyyətimi mülayim, soyuqluğumu isə isti edə bildin sevginlə- varlığınla, sən mənim canımsan. Aylın yazıqda olanlardan elə üzülmüşdü – yorulmuşdu ki, halı qalmamışdı. Başını Sərdarın çiyninə dayayıb, gözlərini yumub artıq bir söz demədi. Sərdar bir ömür yaşasaydı, Aylının qoxusuna, istiliyinə, insanlığına və sevgisinə doymazdı.


Ümid otağında güzgüdən baxaraq, ağzının – üzünün göyərmiş – yaralanmış yerlərini dəsmalla silirdi. Qapı döyüldü, içəri anası girdi. Ümid güzgüdən üzünü çevirmədi ki, anası görüb narahat olmasın. Ümid – Anasına: mən uşaqlarla axşam yeməyimi yedim, siz məni gözləməyin. Anasının elə bil ürəyinə dammışdı, oğlunun özündən nə isə gizlətdiyi. Ümid güzgüdən anasının arxadan özünə yaxınlaşıdığını görüb, dodağını dişləyib baxdı. Anası – Ümidə: üzünü dön mənə. Ümid dərindən nəfəs alıb, çarəsiz döndüyündü. Anası üz – gözünün vurulduğunu görüb, əlini ağzına tutub baxdı. Ümid – nasına: bax anacan qarşında bilmirəm günahkarammı – deyiləmmi. Mən sənə söz verdim, bir daha təkrarlanmayacaq. Ancaq təssüflər olsun sözümü tuta bilmədim, bağışla. Anasının gözləri yaşaqrdı – Ümidə: mənə düzünü de, yenə o Aylınmı səbəb oldu?

Правообладателям