Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
26 страница из 129
Gərçəkdəndə şirkətin önündə, maşınında əyləşib Fazil telefonuyla Aylının otağında gizlin qoydurmuş kamerayla, hər danışdıqlarını izləyib gülümsəyirdi. Fazil öz – özünə: bax belə Aylın xanım. Səm möhkəm ol ki, səninlə işimizi bitirə bilək. Maşının yanında dayanmış gözətçisi tez qapını açdı. Maşından enib, özündən razı halda şirkətə tərəf getdi.
Qapı döyüldü, Cəmilə – Fazilə: buyurun Fazil bəy. Fazil qapıdan içəri girib, – Aylına: Aylın qızım gec duydum, Nicat bəyin başına gələn bədbəxt hadisəni, bağışla. Aylın ayağa qalxıb yaxınlaşdı. Aylın – Fazilə: etdi bir səhv Fazil bəy, nə edək artıq əlimizdən bir şey gəlmir. Fazil özünü günahsız göstərməkçün Aylını qucaqladı. Sərdar oturduğu yerdən olara baxırdı. Fazil guya Sərdarı görməyən kimi özünü aparırdı. Fazil – Aylına: əlimdən gələn yardımı etməyə hazıram qızım, bilirsən. Nicat bəy mənimçün doğma sayılır. Mən bu gün getdim görüşünə buraxmadılar, sanki adam öldürmüş yazıq. Aylın Fazildən bir addım geri durub, səbrini ələ alarar – Fazilə: öldürmək fikriylə getdiyini duyduğumda, ondan soyudum bi ixtiyar. Sərdar mənimçün çox dəyərli biridir, bunu Nicat bəydə yaxşı bilirdi. Bunu bilərək, onu vurmaqçün getməyini ona bağışlaya bilmərəm. Fazilin bu sözlər ürəyindən idi, üzündən bəlli idi.