Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
31 страница из 129
Nicat dərindən nəfəs alaraq öz – özünə: məndə onu sevirəm. Çox az qaldı canım, bir daha səhv edib səndən ayrı qalmayacam, söz veririəm. Telefonunu götürüb Aylına mesaj yazmağa başladı.
Sərdar Nicatın yerində oturmaq istəməmişdi. Kreslosunu və bilgisayarını Aylına yaxın gətirib, eyni masada çalışırdılar. Nicatdan gələn mesajları, Aylın çalışıb vaxtı – vaxtında cavablandırırdı. Sərdar işlə məşğul olsada, fikri gözü Aylında idi. Bunuda yaxşı bilirdi ki, Aylın telefonda Nicata yazırdı.
Beləcə axşam olmuşdu. Ramizlə Dilqəm işdən çıxıb Nicata gəlmişdilər. Dilqəmin anasıda gəlmişdi Afət xanımla, söhbət edirdilər. Ramizlə Dilqəm, Nicatla otaqda oturub söhbət edirdilər. Dilqəm – Nicata: Sərdarın dedikləri düz çıxdı, baxsana Fazil tipi oları yeməyə dəvət etmiş. Ramiz Dilqəmə işarə etdi ki, Nicatı əsəbləşdirməsin, ehtiyat etsin danışarkən. Nicat dərindən nəfəs alıb – Dilqəmə: mən söz verdim, artıq səhv edərək Aylının həyatını təhlükəyə ata bilmərəm. Aylına bir şey olsa yaşaya bilmərəm, onsuz ölərəm mən. Xəbərim var, Aylın məni məlumatlandırdı gedəcəklərini bilirəm. Rmiz – Nicata: baxsana şərəfsizin əli nə qədər uzundur, başqa yerdə yaşayan bunlarada toxunmuş ziyanı. Alçaq atasını öldürmüş Sərdarın, artıq o şərəfsizə qarşı tək biz deyil, Sərdarda mübarizə aparır. İçim biraz rahatdır, mən o tipi sevməsəmdə, uzun illər polis işləmiş. Əlbətdə praktikası bizdən çoxdur, belə şərəfsizlərə qarşı. Nicat -Ramizə: mənim bir şeydən şüphəm var, bilirsənmi nədir?