Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 33

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

33 страница из 129


Aylın Sərdarla, Fazilin dəvət etdiyi restoranda oturub, yeməkdən sonra söhbət edirdilər. Fazilin üzündə sevinc dolu ifadə görsənirdi. Fazil – Sərdara: Sərdar bəy sənin xətrinidə, Aylın qızım qədər çox sevdim, inan ki səni bizə Allahım yolladı. Mən sabah işimlə əlaqədar getməliyəm, səndən təkrar Aylını tək qoymamanı xayiş edirəm. Nicat bəy olduğunda ürəyim rahat idi, bilirdim ki Aylın qızım tək deyil. Sərdar yalandan gülümsəyərək, – Fazilə: narahat olmayın Fazil bəy, mən artıq Aylını heç zaman tək qoymaram, özüm – özümə söz verdim. Aylın ayağa qalxıb, – olara: məni bağışlayın ürəyim bulandı, tez getdi. Sərdarla Fazil narahat oldular. Fazil – Sərdara: inşallah ciddi bir şeyi yoxdur qızımın. Sərdar – Fazilə: son zamanlar çox zəyif yeyir, mədəsini məhv etməsə yaxşıdır. Fazil – Sərdara: bax Sərdar bəy, mənim səndən işdən əlavə daha bir xayişim olacaq. Aylın qızımı gecə – gündüz bacarıb tənha qoyma. Aylın başqaları kimi deyil çox fərqlidir, səndə bunu bilirsən. Yeməyini vaxtı – vaxtında yesin, göz – qulaq olmanı istəyirəm ona. Bilirəm Nicat bəyə görə çox üzülür, iştahdan – ruhdan düşməsin, xəstələnməsini – üzülməsini heç istəmirəm. Sərdar – Fazilə: Fazil bəy siz məni çox yaxşı anlayırsınız, təşəkkür edirəm. Aylınıda düşünərək, gərçəkdən ona böyük dayaq olduğunuzun şahidi oldum. Bir gün bütün bu etdiklərinizin qarşılığının, heç olmassa az bir miqdarını ödəmək şansını mənə versəniz, çox sevinərdim. Bbilirsinizmi Aylın mənim canımdır, onu çox sevirəm. Fazil yerində rahat əyləşərək, ayağını – ayağının üstünə aşırıb – Sərdara: məndən sənə kiçik bir məsləhət, Sərdar bəy. Əgər gərçəkdən Aylını sevirsənsə, onu əlindən bir daha qaçırma. Belə şansın bir daha olmaya bilər, çalış dəyərləndir, sevdiyin qadının yanında ol hər an. Aylın gəldi

Правообладателям