Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 34

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

34 страница из 129

tez söhbəti dəyişdilər.

Fazil – Aylına: qızım bir şeyinmi var, yaxşısanmı? gedək həkim yoxlasın. Aylın gəlib əyləşib – Fazilə: yox bir şeyim Fazil bəy, narahat olmayın təşəkkür edirəm. Sadəqcə bu olanlardan sonra yorgunluq var üstümdə. Dinlənərsəm keçər, həkimə ehtiyacım yoxdur. Sərdar – Aylına: bundan sonra mən yanındayam canım, hər şey yaxşı olacaq. Fazil – Sərdara: Sərdar bəy götür Aylın qızımı evə, dinlənsin biraz özünü toparlasın. Nicat bəyin buraxdığı səhvi üzündən yazıq çox yoruldu, üzüldü. Fazil – Aylına: qızım, bax artıq Sərdar bəy yanındadır, ürəyim rahatdır. Sən istədiyin qədər dinlən – toparlan, işi Sərdar bəy idarə edər.

Sərdar – Fazilə: narahat olmayın Fazil bəy, mən ona göz – qulaq olacam şüphən olmasın. Təşəkkür edirik gözəl söhbətinə və dəvətinə görə. Sərar – Aylına: canım Fazil bəy düz deyir, gedək mən sənə qulluq edim dinlən biraz. Fazil – olara: məni qırmayıb gəldiyinizüçün, əksinə mən sizə minnətdaram, çox gözəl bir gecə keçirdim sizinlə. Aylınla Sərdar ayağa qalxdılar. Fazillə salamatlaşıb masadan ayrılırdılar ki, arxadan – Sərdara: Sərdar bəy, adamlarım sənə çıxışda kiçik bir hədiyyə verəcəklər mənim adımdan. Narazılıq istəmirəm, sizin rahatlığınızçün hədiyyəmi qəbul edin və gecəniz xeyirə qalsın. Sərdar – Fazilə: gecəniz xeyirə Fazil bəy, anladım, sizə qarşı narazılıq etməyə haqqım yoxdur, getdilər. Fazil arxalarınca baxaraq gülümsədi. Masadan şərab bakalını götürüb, bir qurtum içərək gözlərini qıyıb baxdı, düşündü nələrsə.

Правообладателям