Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 36

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

36 страница из 129

Aylın – Sərdara: məni evimə çatdır, sən otelə get dinlən yorgunsan. Sərdar maşını idarə edə – edə, – Aylına: canım mənimlə gəl oteldə qal. Aylın istəmirdi Sərdarla qalsın, Nicatı düşünürdü. Sərdar – Aylına: bax gözünün şahidi oldun, dediklərim tək – tək qarşımıza çıxır, o çox təhlükəlidir. Aylın bir daha təkrarlamaq istəmirəm. Bağışla, mən plandan kənar bir addım kənara çıxaraq, sənin həyatını təhlükəyə ata bilmərəm. Narazılıq istəmirəm, mənimlə qalacaqsan oteldə, bu qədər. Aylın artıq bir söz demədi çox yorulmuşdu, maşının aynasından dışarı baxdı üzgün baxışlarla. Aylının üzülməsini Sərdarda istəmirdi, maşının sürəətini artırdı.


Nicat yatmamışdı, yatağında uzanıb Aylınla mesajlaşırdı. Aylın Sərdarla otelə getdiyini yazmışdı, Nicat dərindən nəfəs alıb, telefonu sinəsinə qoydu. Gözlərini yumaraq, əsəbini cilovlamağa çalışırdı. Öz – özünə: səbir et bir şey fikirləşcəm səbir et, yenidən mesaj yolladı – Aylına: (səninçün çox darıxmışam canım) tez cavab gəldi – Nicata: (məndə canım darıxmışam, nə olar sıx dişinə az qaldı). Nicatın üzgünlüyü – peşanlığı sözsüz üzündən oxunurdu.

Правообладателям