Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
35 страница из 129
Sərdar Aylının çiynindən qolunu salıb özünə qısaraq, restorandan çıxdılar. Qarşılarına Fazilin adamları gəlib dayandılar, ətrafa göz gəzdirərək baxdılar. Aylın – Sərdara: bunlar bizi kimdən qoruyurlar? Sərdar yavaş səslə zarafatla, – Aylına: sən artıq Fazil bəyin qızı sayılırsan, o üzdən qoruyurlar canım. Aylın öz – özünə: kimi – kimdən qoruyurlar, Allahım sən mənə səbir ver. Qapının önünə bahalı maşın gəldi dayandı, qapını açıb maşından enib, qapının yanında dayandı oğlan. Yaxında dayanan başqa birisi – Sərdara: Fazil bəyin hədiyyəsidir buyurun, maşını işarə etdi. Sərdarla Aylın artıq bilirdilər, Fazil tülküsü Sərdarın qarşısında etibar qazanmaqçün min hoqqadan çıxırdı. Sərdar – Aylına: buyur canım, adamlardan birisi tez maşının ön qapısını açıb, Aylının əyləşməsini gözlədi. Aylın keçib əyləşdi qapını örtdü, o tərəfdə dayanmış başqasıda Sərdarın sükan arxasında əyləşməsini gözlədi. Sərdar gəlib keçib əyləşd qapını örtdü. Maşını işə salaraq – Aylına: gedək canım, çox yoruldun bu gün sən. Maşının qazına basaraq, restorandan uzaqlaşdılar.