Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 48

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

48 страница из 129

Sərdarın elə bil başından aşağı qaynar su tökdülər, heç vaxtdı gözü önündə Aylının başqasıyla öpüşdüyünü görməmişdi. Bir anlıq çox qısqandı, həyəcanlandı. Aylın – Nicata: tamam canım gələcəm, get görən olunca, Nicat Aylının alnınan öpüb getdi. Sərdar əsəblə – Aylına: yəqinki nəfəsin gəlir artıq, oksigen qəbul etdin, işnə dönə bilərsən Aylın xanım. Aylın Sərdarın özünü qısqandığını anladı. Aylın – Sərdara: yeri – yerində çatmadı, ancaq axçama kimi idarə edər Sərdar bəy. İşimə dönə bilərəm artıq, yanından keçib getdi. Sərdar gözlərini bir anlıq yumaraq, özünü ələ almağa çalışdı, öz – özünə: səni gərək atdıraydım içəri, üzünə həsrət qalardın. Aylının ardınca getdi əsəblə.


Axşam olurdu, iş saatı bitməyə az qalmışdı. Ramiz – Dilqəmə: sən Nicata get, mən Aylınla görüşəcəm. Dilqəm masadan açarlarını telefonunu götürüb – Ramizə: qardaşım, Nicatın buraxdığı səhvdən sonra, məncə axlın başına gəlmişdir. Bax orda Aylının yanında Sərdar olacaq, bilirsəndə?

Ramiz – Dilqəmə: mənə nə ondan? mənə artıq Aylının təhlükəsizliyi önəmlidir. Dilqəm şüphəli baxışlarla baxaraq, – Ramizə: tamam, mən Nicatla olacam, səndə gələrsən Aylından sonra. Ramizdə ayağa qalxıb, masadan telefonunu açarlarını götürüb – Dilqəmə: tamam qardaşım görüşərik, getdi otaqdan çıxıb.

Правообладателям