Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
51 страница из 129
Oğlan çantasını açıb əlinə əlcəklərini geyinərək, telefonuyla kiməsə mesaj yolladı. Oğlan – Aylına: yox Aylın xanım, işlə əlaqədar deyil. Təhlükəsizlik qapısını açıb baxdı dışarı. Aylın – oğına: bu həyatda ölümdən başqa hər şeyə çarə var. İnan bacardığım yardımı əsirgəməyəcəm de buyur. Oğlan dönüb Aylına peşman baxışlarla baxdı, sanki Aylının insanlıq davranışı onun ürəyinə toxunmuşdu. Ancaq artıq gec idi, qapını açmışdı, Aylının həyatını təhlükyə atmışdı. Bir anda içəri üzü maskalılar girdilər, Aylının üzünə nə isə fısqırtdılar, beyni dumanlandı özündən keçindi. Tez birisi qucağına alıb Aylını apardı, ardınca obirlərdə çıxdılar. Oğlan elə peşman olmuşdu Aylını təslim etdiyinə, qayıdıb birisi işarə etdi ki, tələssin getməyə. Tez çantasını götürüb çıxdı, oların ardınca qaçaraq getdi.
Şirkətin qarşısında Sərdar gözləyirdi saatına baxa – baxa, öz – özünə: dedim axı yorğunam. Maşın dayandı, Ramiz maşından enib gəldi. Ramiz – Sərdara: Aylın çıxmadımı? Sərdar əsəblə – Ramizə: çıxmadı, yarım saatdır gözləyirəm. Cəmilə yaxınlaşdı, – Sərdara: Sərdar bəy, Aylın xanıma usta gəldi. Bizim təhlükəsizlik qapısında nasazlıq olmuş, təmir edəcək. Aylın xanıma önəmli deyəcək sözü olduğuçün, mənim qalmamı istəmədi, Aylın xanım onunla getdi. Sərdarla Ramiz bir – birinə baxdılar şüphəli baxışlarla. Sərdar – Cəmiləyə: tanışdırmı o Aylına? Cəmilə çiyinlərini çəkərək, yox bənzəmədi tanış olana. Sərdar qaçaraq şirkətə getdi, ardınçada Ramiz qaçdı. Cəmilə öz – özünə: nə oldu ki? narahat oldu, özüdə oların ardınca tələsik getdi.