Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
46 страница из 129
Buralardayam narahat olma, uzaqlaşmayacam heç yerə. Sərdar narahat baxışlarla baxaraq – Aylına: mən əlimdəki işi bitirib gəlirəm, buralarda ol canım. Aylın otaqdan çıxdı getdi. Sərdar öz – özünə: axx Ümid axx, olmayaydın qardaşı sənin o əllərini qırardım mən.
Aylın şirkətdən çıxıb, biraz gəzib fikrini dağıtmaqçün addımlayırdı yavaş – yavaş. Gözlərində qara eynəkli cavan bir oğlan arxadan yaxınlaşıb, – Aylına: xanım içazə versəniz sizinlə biraz dolaşardım. Aylın baxdı birinci tanımadı kimdir, sonradan anladı Nicatın olduğunu. Ətrafa nəzər salıb – Nicata: sən nə edirsən burda? Nicat Aylının qolundan tutub kənara apardı. Çox darıxmışdı ikisidə biri – biriləriçün. Nicat Aylına sarılıb qucaqlayıb, dodaqlarından öpdü. Aylın Nicata müqavimət göstərmədi, sevdiyiçün özüdə darıxmışdı. Aylın – Nicata: səni görərlər canım etmə belə, mən bu gün yazdım gələcəm sənə, niyə səbir etmədin?
Nicat – Aylına: anlamırsanmı darıxıram, bacarmıram axşamı gözləyim, birdəki mənim səbrim çoxdan tükənib canım. Bu sözü biraz öncə Aylın demişdi Sərdara. Gülümsəyib, Nicatın üzünü – saçlarını sığallayıb, baxışlarıyla oxşadı. Görən olar deyə, çox narahat idi. Aylın – Nicata: canım nə olar səbir et axşama. Səni görən olarsa bilirsən olacaqları, – Aylına: sən məni tanımadın canım, artıq kim tanıyacaq ki?