Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 53

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

53 страница из 129

Qapı təmiriçün gələn oğlan gədi. Aylının burnunun – ağzının qanadığını görüb dönüb baxdı. Oğlan – olara: kim vurdu? heç kim demədi. Əsəbləşdi bağırdı! – olara: kim vurdu dedim, duymadınızmı? obirilər vurana baxdılar. Anladı Aylını onun vurduğunu yaxınlaşdı, bir söz demədən alnıyla burnundan vurub yıxdı yerə. Burnundan qan gəldi, yıxılan – oğlana: ona görə mənimi vurdun? bizə şərəfsiz dedi. Yerdən yaxasından tutub qaldıraraq, əsəblə – ona: qadına əl qaldıran o əllərini santım – santım qıraram bil. Sən məni anladınmı? qorxub artıq cavab qaytarmadı, yaxasından kobutca itələyib – ona: rədd ol su dəsmal gətir tez ol, bağırdı. Tez getdi tərs – tərs Aylına baxaraq, burnunun qanını silə – silə. Oğlan yaxınlaşıb baxdı, – Aylına: Aylın xanım bağışla, üzür istəyirəm səndən o mərəfətsizin etdiyi hərəkətə görə. Aylın baxdı yavaş səslə – oğlana: həyat nə qəribə deyilmi? bəzən hansısa səbəblərdən, insanı heç sevmədiyi və bacarmadığı işlərə məcbur edir.

Oğlan çox gözəl anlayırdı, Aylın nə demək istəyirdi. Oğlan – Aylına: məcbur insanı xaricən dəyişə bilsədə, daxilən əsla dəyişə bilmir. Az vaxtdan dəsmalla su gətirib, yanına qoydu gedib kənarda dayandı. Oğlan dəsmalı suda nəmlədib, Aylının burnunu qanını sildi ehtiyatla. Oğlan – Aylına: səni pula görəmi qaçırtmağımızı əmir etdilər?

Правообладателям