Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
50 страница из 129
oğlan – Aylına: Aylın xanım sizdən bir xayişim var, əgər mümkünsə təklikdə demək istəyirəm. Aylın tələsirdi, bilirdi Sərdar əsəbi və küskün idi, özünü gözləyirdi dışarda. Aylın – oğlana: siz mənə deyəçəklərinizi Cəmilə xanıma desəniz o həll edər, mən tələsirəm getməliyəm. Oğlanın üzünün ifadəsi dəyişdi, – Aylına: mən ailəmlə əlaqədar deyəcəkdim. Aylın xanım qalsın, bağışlayın mənə qapının yerini göstərsinlər, təmir edim. Aylın dayanıb baxdı, anladı oğlanın başqa dərdi olana oxşayırdı, Aylın – Cəmiləyə: mən göstərərəm təmir ediləCək qapını, siz gedə bilərsiniz Cəmilə xanım. Cəmilə təşəkkür edib getdi. Aylın – oğlana: buyur bu tərəfdən, oğlan sevindi, Aylın getmədi özüylə gəlməyə razılaşdı deyə. Oğlan – Aylına: sizin gərçəkdəndə gözəl ürəyiniz var Aylın xanım.
Aylın gətirib təhlükəsizlik qapısını göstərdi, – oğlana: təmir edəcəyiniz qapı budur. Siz mənə nə deyəcəkdiniz? ailənizdən birisini şirkətimizə işə qoymaqçünmü xayiş edəcəkdin? inşallah başqa probleminiz yoxdur. Olsada üzülmə, mən yardım edərəm sənə tamammı? həyatda problemsiz insan yoxdur.