Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
56 страница из 129
Qapı açıldı, içəri kiminsə gəldiyini görüb hər kəs ayağa qalxıb gözlədilər. Aylın heç baxmırdı gələn kimdir, əlində dəsmalla başını tutub oturmuşdu. Qarşısında bahalı ayaqqabılarla kiminsə gəlib dayandığını gördü, yenədə baxmadı. Aylın onun danışığından səsindən, kimin olduğunu bilməkçün gözləyirdi. Gələn – Aylına: necə demişlər Aylın xanım? etdiyin pisliklərin və yalanların, geci – tezi bir gün qarşına çıxar və cəzanı çox ağır ödəyərsən. Aylın səsindən kimin olduğunu anlamağa çalışsada, axlına gətirə bilmədi kimdir deyə. Gələn – Aylına: sənin bu halda, qarşımda belə oturmanı görməyə isətməzdim. Sən özün – özünü bu hala saldın, səndən ailəmi qorumaqçün başqa çarə buraxmadın mənə. Sənə nə lazımdır bizdən, pulmu? gəlib adam kimi desəydin yardım edərdim, mən pis biri deyiləm.
Aylın başını qaldırıb baxdığında, qarşısında atasının dayandığını görüb anladı. Ümidin ona gərçəkləri dediyini və bunada atasının inanmadığını. Aylın əlini atasının bahalı ayaqqabısının üstünə qoyub, gülümsədi. Aylın – atasına: başqa evladlar ata qucağında böyüyüb, əllərindən tutduğunda. Mənə illər sonra ayağına toxunmaq qismət oldu. İnanıram ki, ailəni məndən qorumaqçün düz olana qərar verəcəksən Rəhim bəy. Atası ayağını geri çəkdi – Aylına: sən ruh xəstəsisənmi? yoxsa özünü belə göstərib, mənim sənə yazığım gələcəyini düşünürsənsə, səhvin var. Mən icazə verə bilmərəm, sən səbəb olub oğlum qatil olsun. Məndən sənə son bir təklifim olacaq, istəmirəm sənin həyatını yarımçıq qoyum, təklifimlə razılaş yaşa. Mən səni burdan indicə götürüb, axıldan kəmlərin xəstəxanasına yerləşdirəcəyəm və sən bir daha ordan çıxmayacaqsan. Mənim kantrolum altda olacaqsan, ömrünün son gününə kimi. Aylın – atasına: inan məni kimsə kantrol altında saxlaya bilməz, belə səhv təklif edərək, başına bəla etmə məni. Bilirəm oğlunu və həyat yoldaşını çox sevirsən. Oların həyatını təhlükəyə atma, qoyaq nöqtəsini bitsin bu iş. Atası biraz baxıb, dərindən nəfəs alaraq – Aylına: sənin kimi ruh xəstəsi illər öncə həyatıma girmişdi. Çox cətinliklə ondan ailəmi qurtara bildim, bu nə cəzadır mən sizlərdən çəkirəm. Sanki o şərəfsizin qızısan, illər sonra qarşıma çıxdın deyərdim, ancaq Allah o alçağa evlad vermədi. Bunu dəqiq bilirəm, sən onun qızı ola bilməssən.